Yasamalda Bravo marketdən alınan naggets kiflənmiş vəziyyətdə çıxıb — Vətəndaş narazıdır (VİDEO + FOTO)

Bu gün, 00:05           
Yasamalda Bravo marketdən alınan naggets kiflənmiş vəziyyətdə çıxıb —
Bakının Yasamal rayonunda yerləşən “Bravo” marketlər şəbəkəsinin mağazalarından birində satılan qida məhsulu ilə bağlı narazılıq yaranıb.
Bu barədə "Unikal"a vətəndaş Səbinə Sultanəhmədi məlumat verib.

Vətəndaşın sözlərinə görə, övladı üçün marketdən naggets alan zaman məhsulun xarab olduğu diqqətindən yayınmayıb. Məhsul evə gətirildikdən sonra onun kiflənmiş vəziyyətdə olduğu məlum olub.

Hadisə istehlakçıların satışa çıxarılan qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar yaradıb. Xüsusilə uşaqlar üçün alınan ərzaq məhsullarının yararlılıq vəziyyətinə diqqət yetirilməsi vacibdir.

Məsələ ilə bağlı “Bravo” marketlər şəbəkəsinin mövqeyi hələlik məlum deyil. Şirkətin məsələyə münasibətini öyrənməyə çalışacağıq.

Xarab məhsulun foto və videosunu təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]