Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi – Özündən SON DƏQİQƏ açıqlaması

Bu gün, 07:24           
Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi –
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən azad edildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o bu barədə jurnalistlə telefon danışığında bildirib.

“Bəli. Biz vəzifələrlə mövcud deyilik. Cənab prezidentimiz məni bu vəzifəyə gətirmişdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – Saral deyib.

Azərbaycanla bağlı açıqlamalarına görə vəzifədən azad edilib-edilmədiyi barədə suala isə Saral “Bəli, elə görünür” cavabını verib.

O, fikirlərini belə tamamlayıb:

“Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan cənab prezidentimizin uğurudur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]