Bakıda ŞOK mülkiyyət qalmaqalı: Qapısı açıldı, dəhşət ortaya çıxdı!

Bu gün, 10:28           
Bakıda ŞOK mülkiyyət qalmaqalı:
Bakı şəhərinin Sabunçu rayonunda vətəndaşın mülkiyyət hüququnun pozulması ilə nəticələnən maraqlı və düşündürücü hadisə yaşanıb. İllərdir öz halal evinə sahib çıxa bilməyən mülkiyyətçi məhkəmə qərarlarının kağız üzərində qalmasından və üzləşdiyi haqsızlıqdan əziyyət çəkir.

Məsələ ilə bağlı “Son Söz” qəzetinin redaktoru – mərhum mülkiyyətçinin varisi Sabina Bikbayevanın etibarlı nümayəndəsi Səadət Hacıyeva redaksiyamıza müraciət edərək baş verən qanunsuzluqları diqqətə çatdırıb. Onun verdiyi məlumata görə, hər şey ötən əsrin 90-cı illərində başlayıb. Həmin dövrdə Kəlbəcər rayonundan məcburi köçkün düşən Rəsul Quliyev və ailəsi əvvəlcə 1993-cü ildə Ağdaş rayonuna gedərək orada məskunlaşıb. Lakin iki ildən sonra, yəni 1995-ci ildə Ağdaşdan çıxaraq Bakı şəhərinə gəlib və icazəsiz 1-ci Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, 12 ünvandakı mənzilə yerləşib. O vaxtdan da həmin şəxs ailəsi ilə birlikdə orada qanunsuz olaraq yaşamağa başlayıb.

Məlum olub ki, illər ərzində həmin ünvanda daha dəhşətli mənzərə ortaya çıxıb. Belə ki, mülkiyyətçiyə məxsus həyətyanı sahə hissə-hissə bölünərək içərisində fərqli evlər tikilib və müxtəlif şəxslərə satılıb. Evin həqiqi sahibi isə illərdir kirayədə yaşayıb.

Artıq Rəsul Quliyev və ailə üzvləri dövlət tərəfindən ayrı-ayrılıqda mənzillə təmin olunduqları doğma yurda qayıdıblar.

Onlar getdikdən sonra məlum olub ki, sən demə müvəqqəti sığındıqları həyətdə əlavə bir neçə evlər tikib, içində yaşadıqları mənzil də daxil olmaqla müxtəlif şəxslərə satıblar. Ərazidə apardığımız sorğu zamanı sakinlərdən biri mənzili təxminən 6 ay əvvəl 30 min manata aldığını etiraf edib.

Vətəndaşın müraciəti əsasında sözügedən ünvanda olan çəkiliş qrupumuz, mülkiyyətçinin varisi ilə birlikdə içəri daxil olarkən, mənzilin tamamilə yararsız və bərbad vəziyyətə salındığının şahidi oldu.

Hazırda varisin nümayəndəsi Səadət Hacıyeva həyətdə qanunsuz olaraq tikilib satılan digər mənzillərin də boşaldılmasını və mülkün tam şəkildə sahibinə qaytarılmasını tələb edir.

Baş verənlərlə bağlı araşdırmalarımız davam edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]