“Avrasiya” Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu

Bu gün, 00:07           
“Avrasiya” Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu
“Med Corporation” MMC-nin əmlaklarına borca görə həbs qoyulub.

TEREF Qaynarinfo-ya istinadən xəbər verir ki, məlumatına görə, Bakı Kommersiya Məhkəməsi şirkətlərdən birinin “Med Corporation” MMC-yə qarşı müraciətini qismən təmin edib. Hakim İlkin Əliyevin qərarı ilə şirkətin əmlaklarına 21 903,48 manat məbləğində həbs qoyulub.

Mübahisə tərəflər arasında müqavilə üzrə yaranmış borcla bağlıdır. İddiaçı əsas borc, ƏDV və cərimə daxil olmaqla, 39 037,19 manat tələb edib. Lakin məhkəmə cərimə məbləği üzrə həbs qoyulmasını məqsədəuyğun saymayıb.

Qeyd edək ki, nizamnamə kapitalı 6 milyon 74 min 180 manat olan “Med Corporation” MMC-nin qanuni təmsilçisi Abdulla Cəfərli Həmdi oğludur. Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, ev 19 ünvanında yerləşən şirkət 2014-cü il noyabrın 6-da vergi uçotuna alınıb. ƏDV qeydiyyatında olan müəssisə aktiv vergi ödəyicisidir və riskli vergi ödəyicisi hesab edilmir. Şirkətin vergi borcu 448 468,81 manatdır.

Məlumata görə, MMC-nin nəzdində “Avrasiya” Hospitalı fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]