TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...

Bu gün, 00:01           
 TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 14 min 819 manat 21 qəpik olan tender müsabiqəsinin qalibi “Son Söz Holding” MMC (VÖEN – 1009708301) olub.
“Son Söz Holding” MMC Agentliyin sifarişi ilə bu quruma dəftərxana malları satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Son Söz Holding” MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Binəqədi ŞTQ, Süleyman Sani Axundov, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mirzəyev İlqar Rəşid oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Son Söz Holding” MMC tender müsabiqəsinin başlamasından cəmi 1 ay əvvəl dövlət qeydiyyatına alınıb.
Tender müsabiqəsi 2026-cı ilin 9 sentyabr tarixində başlayıb, tenderin qalibi olan “Son Söz Holding” MMC isə 2026-cı ilin 3 avqust tarixində dövlət qeydiyyatına alınıb.
Məlumat üçün onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində təchizatçılara dair tələblər yer alıb. Həmin maddənin 23.4.1-ci bəndində açıq şəkildə qeyd olunur ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlıq və təcrübə olmalıdır. Cəmi 1 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəsi, hətta sosial şəbəkə hesabı belə olmayan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu aydın deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]