Kollecdə ştatı ləğv olunmuş Nigar Haşımlı barəsində məhkəmə qərar çıxartdı- Qazax Dövlət Sosial- İqtisadi Kollecində isə müəllimlər...

Bu gün, 08:18           
Kollecdə ştatı ləğv olunmuş Nigar Haşımlı barəsində məhkəmə qərar çıxartdı-
Bir müddət öncə BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecinin müvəqqəti direktoru Hicran Əyyubova tərəfindən işdən çıxardılan Qeydiyyat, Qiymətləndirmə və Monitorinq bölməsinin müdiri Afaq Malıyevanın işinə bərpa olunması barədə məhkəmə qərarının olduğu barədə məlumat vermişdik.

Hazırda Dəftərxana müdiri Nigar Haşımlının ştatının ləğv olunması da məhkəmə baxışı əsasında qanunsuz hesab edilib.Nigar Haşımlının işinə bərpa və ona təzminat ödənilməsinə dair məhkəmə qərar çıxardıb.Digər şəxslərin işdən çıxardılmaları ilə bağlı məhkəmə davam edir.

Bu barədə Faktinfo.az-a Nigar Haşımlı məlumat verib.

Faktinfo.az xatırladır ki, Hicran Əyyubova bir müddət əvvəl Tovuz Dövlət Sosial-İqtisadi kollecində direktor işləyib.Orada da müəyyən sayda müəllimləri işdən çıxardıb.İşdən çıxardılan üç müəllim,o cümlədən Vəliyeva Aynurə Mirzəli qızı, İsayeva Aygün Müslüm qızının tədris prosesindən uzaqlaşdırılması qanunsuz hesab edilib,məhkəmə qərarı əsasında onların işə bərpa olunmaları və təzminat almaları qanunla təsdiq edilib.

Ümumiyyətlə, məlumatlardan belə aydın olur ki,kolleclərdə müəllimləri işdən çıxardıb,onların yerinə əlinə bir dəfə jurnal almamış şəxsləri işə götürmək,tələbələrin ödədikləri kredit pulları hesabına bayramlarda bir qrup şəxsə 500-1200 manat civarında mükafatlar yazmaq və sair dəb halını alıb.

Məsələn,Qazax Dövlət Sosial- İqtisadi Kollecinin yeni təyin olunmuş direktoru Gülnar Qəhrəmanova kollec və kollektiv ilə dərindən tanış olar-olmaz artıq səkkiz şəxsi işdən çıxardıb,onların yerinə isə hələ ki,altı müəllim işə götürüb.Bir neçə şəxsin də işdən çıxardılacağı ehtimalı var.Gülnar Qəhrəmanovanın kollecdən kənarlaşdırdığı müəllimlərdən ikisinin -Bayramova Ramilə Şükür qızının,Məhərrəmova Nuranə Fazil qızının Qazax rayon məhkəməsinə müraciət etdikləri barədə məlumat var.

***

Xüsusi qeyd:Artıq əksəriyyət insanlar,o cümlədən təhsil ictimaiəti yaxşı bilir ki,kolleclərdə çalışanlar nə səbəbdən işdən çıxardılır,hansı səbəbə görə də onların yerinə aidiyyatı-aidiyyatsız şəxslər tələm-tələsik işə qəbul olunur.Eləcə də bu təhsil müəissələrində narazılıqların artdığı,işində bir gün saxlanılmalı olmayan direktorların hələ də himayə olunduğu hər kəsə bəllidir.

Sonda kimlər,kimdən narazı qalır bu da təxminən məlumdu.Kollec direktorlarının qanuna zidd əməllərinin məhkəmə qərarları ilə təsdiq olunmuş vəziyyətindən sonra vəzifədə saxlanılmaları,himayə olunmaları da gerçəklikdi. Bəs bu baş verənləri,yazılanları Elm və Təhsil naziri Emin Əmurullayev də oxumur,bilmir ki?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]