Əlcəzair Nigerə qoşun yeridir

Bu gün, 12:34           
Əlcəzair Nigerə qoşun yeridir
Əlcəzair qonşu Nigerin ərazisinə qoşun yeridəcək.

"Reuters" xəbər verir ki, müvafiq fərmanı ölkə Prezidenti Əbdülməcid Təbbun imzalayıb.

Bundan bir gün əvvəl Əlcəzair parlamenti prezidentə xaricdə hərbi gücdən istifadə etməyə icazə verib.

Qoşunların yeridilməsi Əlcəzair və Niger arasında hərbi əməkdaşlığın genişləndiyi bir vaxta təsadüf edir. Belə ki, ötən həftə ölkələr hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalayıblar.

Qoşunların yeridilməsində məqsəd Niger ərazisində Əlcəzair şirkətlərinə məxsus neft-qaz obyektlərini qorumaq, həmçinin sərhədyanı ərazilərdə cihadçılara, transmilli cinayətkarlığa və qaçaqmalçılığa qarşı mübarizə aparmaqdır.

Əlcəzair sonuncu dəfə 1973-cü ildə ərəb dövlətlərinə İsrailə qarşı müharibədə kömək etmək üçün xaricə qoşun göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]