Çinli sahibkar su üzərində motosikletlə hərəkət edərək dünya rekordu qırdı - Video

Bu gün, 12:24           
Çinli sahibkar su üzərində motosikletlə hərəkət edərək dünya rekordu qırdı - Video
Çinli iş adamı motosikletlə su üzərində 40.74 kilometr yol qət edərək dünya rekordunu yeniləyib.

Bu barədə "City News Service" informasiya portalı məlumat yayıb.

Bildirilib ki, Çjan Syue adlı sahibkar Çinin Hunan əyalətində su üzərində hərəkət etmək üçün xüsusi olaraq modifikasiya edilmiş motosikletlə 40.74 kilometr məsafəni təxminən 32 dəqiqəyə qət edib.

Motosiklet su üzərində hərəkət edə bilməsi üçün xüsusi xizəklərlə təchiz olunub, yanacaq çəninin tutumu da artırılıb. Nəticədə əvvəlki 31.8 kilometrlik dünya rekordu yenilənib.

Rekordçu bildirib ki, rəsmi sınaq zamanı qəsdən yüksək sürətlə hərəkət etməyib. Onun əsas məqsədi məsafəni təhlükəsiz şəkildə başa vurmaq olub.

Nəşrin məlumatına görə, Çjan hələ 2009-cu ildə, 22 yaşında olarkən televiziya proqramında iştirak edib və kustar üsulla dəyişdirilmiş motosikletlə su maneəsini keçməyə dörd dəfə cəhd göstərib. Həmin cəhdlərin hamısı onun suya düşməsi ilə nəticələnib. O zaman ən yaxşı nəticəsi 26 metr məsafə qət etmək planına qarşı cəmi 20 metr olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]