Türklərin ilkin vətəni Azərbaycandır?

Bu gün, 17:14           
Türklərin ilkin vətəni Azərbaycandır?
"Türklərin ilkin vətəninin Azərbaycan olduğunu arxeologiya, antropologiya, etnoqrafiya, ən qədim mənbələrlə bərabər xristian və müsəlman ideologiyalı mənbələr də təsdiqləyir. Tədqiqatlar sübut edir ki, Azərbaycanda türklüyün təməl əsasları daha güclüdür. Skandinaviya əfsanələrinin birində türklərin ilkin vətəninin Zaqafqaziya olduğu, onların Nuhun oğlu Yafətin nəslindən olmaları yazılır. Xristian təəssübkeşi M. Kalankatyuklu midiyalıların və albanların Yafətin nəslindən olduğunu yazır. Ə.Bahadırxan da "Şəcəreyi-tərakimə" əsərində türklərin Nuh peyğəmbərin oğlu Yafətin nəsli olduğunu təsdiq edir. Urartu və digər antik mənbələr də Azərbaycanın türklərin ilkin vətəni olması ilə bərabər burada türk etnoniminin fasiləsiz yaşaması haqqında məlumat verirlər.Assur mənbələri isə "Türk"etnoniminin ən qədim forması olan "turukkilər"in e.ə. II minillikdə Urmiyə gölü hövzəsində yaşaması haqqında məlumat verirlər.
X.Xəlilli. Azərbaycan türklərinin etnogenezi və milli inkişaf tarixi kitabından.
Şəkil: Azərbaycan türkləri, 1900-cü illər.
Azərbaycanlıların səhifəsi
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]