Dubayda qızıldan piyada yolu salınacaq

Bu gün, 15:35           
Dubayda qızıldan piyada yolu salınacaq
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.

Oxu.Az "Emirates 24/7" portalına istinadən xəbər verir ki, bu barədə rayonun kommersiya sektorunun böyük direktoru Rəşid Əl-Harmudi bildirib.

Qızıl yolun 2026-cı ilin sonunadək inşasının başa çatdırılması nəzərdə tutulub. Əl-Harmudinin sözlərinə görə, bu unikal layihə Dubayın qlobal turizm məkanı və dünya qızıl ticarətinin mərkəzi kimi mövqelərini daha da möhkəmləndirmək məqsədi daşıyır.

Qızıl piyada yolunun salınması ilə yanaşı, həmin rayonda Yaxın Şərqdə qızıl və zərgərlik məmulatlarının ticarətinə həsr olunmuş ən böyük sərgilərdən birinin də keçirilməsi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]