Britaniyanın hərbi müəssisələrinin rəhbərlərinə sanksiya TƏTBİQ EDİLDİ
Dünən, 17:24
Rusiya Böyük Britaniyanın hərbi müəssisələrinin bir sıra rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
"BakuPost" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, bu qərar Londonun Rusiyaya qarşı düşmənçilik siyasətinə cavab olaraq qəbul edilib.
Moskva Britaniyanı Ukraynaya silah və hərbi texnologiyalar tədarükünü artırmaqda, eləcə də Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün istifadə olunan silahlarla Kiyevi təmin etməkdə ittiham edib.
Rusiya XİN-in açıqlamasına əsasən, sanksiya siyahısına yeddi nəfərin adı daxil edilib.