6 saylı doğum evində səhlənkarlıq - 8 aylıq körpə həyatını itirdi - VİDEO
Bu gün, 00:08

Bakıda yerləşən 6 saylı doğum evində baş verdiyi iddia olunan hadisə ilə bağlı vətəndaş şikayət edib. Ailə 8 aylıq hamilə qadının bətnindəki körpənin həkimlərin səhlənkarlığı səbəbindən həyatını itirdiyini iddia edir.
TEREF Patrul.az-a istinadən xəbər verir ki, vətəndaşın sözlərinə görə, hamilə qadın əvvəlcə Oksigen xəstəxanasında olub. Daha sonra doğuş üçün 6 saylı doğum evinə göndərilib. Lakin ailənin iddiasına əsasən, qadın doğum evinə çatdırılsa da, vaxtında doğuşa götürülməyib.
İddialara görə, nəticədə ana bətnindəki 8 aylıq körpə dünyasını dəyişib. Ailənin bildirdiyinə əsasən, ölü döl üç gün ərzində qadının bətnində qalıb. Daha sonra süni doğuş həyata keçirilib və qadının həyatı xilas edilib.
Ailənin iddiasına görə, əməliyyata razılıq versələr də, həkimlər lazımi müdaxiləni vaxtında etməyiblər.
Baş verənlərdən narazı qalan valideynlər xəstəxananın məsuliyyətsiz yanaşmasından şikayətlənirlər. Onlar hesab edirlər ki, vaxtında tibbi müdaxilə olsaydı, faciənin qarşısını almaq mümkün ola bilərdi. Hadisə ilə bağlı səsləndirilən fikirlər ailənin iddialarıdır. Həkimlərin və xəstəxana rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.
Видео недоступно
Это видео с ограниченным доступом.

