BDU-nun 700 minlik tenderini vergi borcu olan şirkət uddu

17-07-2022, 07:25           
BDU-nun 700 minlik tenderini vergi borcu olan şirkət uddu
Bakı Dövlət Universitetinin keçirdiyi tender müsabiqəsinin qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN – 2003319071) olub.

Yeniavaz.com xəbər verir ki, Universitet bir sıra mal-materialların və texniki ləvazimatların satın alınması xidmətinə görə QSC-yə 717 min 332 manat 90 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 2050 manat nizamnamə kapitalı olan “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur. QSC 18 mart 2015-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin ötən günə olan məlumata görə dövlət büdcəsinə 1240 manat 66 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]