AMB: "Bank sektorunda təmərküzləşmə aşağı və orta həddin sərhədindədir"

17-06-2022, 11:45           
AMB: "Bank sektorunda təmərküzləşmə aşağı və orta həddin sərhədindədir"
Azərbaycan bank sistemində təmərküzləşmə səviyyəsi aşağı və orta təmərküzləşmə sərhədindədir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyə Sabitliyi-2021" hesabatında bildirilib.

Sənəddə həmçinin qeyd olunub ki, təmərküzləşmənin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş istifadə olunan "Herfindahl-Hirschman İndeksi" (HHİ) bank sistemində aşağı və orta səviyyəli təmərküzləşməni göstərir. Bunun səbəbi sektorda xırda və orta həcmli bankların sayının çox olmasıdır. Belə ki, kredit portfeli, depozit portfeli və aktivlərin sistem üzrə payına görə HHİ müvafiq olaraq 1017, 1741 və 1567 təşkil edir. Bu da kredit portfeli üzrə sektorun aşağı səviyyədə, aktivlər üzrə sektorun orta səviyyədə təmərküzləşmə (1500>) sərhədi ətrafında, depozit portfeli üzrə isə orta səviyyədə təmərküzləşmənin olduğunu göstərir.

Qeyd edək ki, son 3 ildə sektorda təmərküzləşmənin artımı müşahidə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]