Bayden Rusiya ilə bağlı medianın suallarını cavablandırmaqdan imtina etd
22-01-2022, 08:06
ABŞ Prezidenti Co Bayden mikroelektron sənayesindəki vəziyyətlə bağlı keçirilən görüşün sonunda jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
Pravda.az-ın məlumatına görə, Bayden qeyd edib ki, suallar mövzuya aid deyil, hamısı Rusiya ilə bağlı olacaq.
“İndi suallara vaxtım olmayacaq, çünki bu uşaqlar (görüşün digər iştirakçıları - red.) təyyarəyə tələsirlər... Siz isə məndən Rusiya haqqında hər şeyi soruşacaqsınız, lakin yarımkeçiricilərlə bağlı heç bir sual verməyəcəksiniz”, - deyə ABŞ lideri vurğulayıb.