Ohanesyan: Erməni xalqı qazaxlara nifrət edir...

10-01-2022, 15:43           
Ohanesyan:
Rəsmi İrəvan Qazaxısana kömək məqsədi ilə hərbçi göndərir, erməni xalqı isə qazaxlara nifrət edir. Çünki qazaxlar hər zaman qardaş bildikləri Azərbaycan və Türkiyənin tərəfində olublar.

Axar.az xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Samvel Ohanesyan deyib.

“Biz kölə kimi Rusiya nə deyirsə, onu da edirik - bəzən bu bizim milli maraqlarımıza zidd olsa belə. Qazaxlar və rəsmi Nur-Sultan həmişə Azərbaycanı dəstəkləyib, erməniləri “aqressor” adlandırıb. Biz isə qazaxlara kömək edirik? Onlara kömək deyil, zərbə endirməliyik”, - deyə Ohanesyan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]