Rusiya ordusu Azərbaycan torpağında konsert verir... - ZİBİLƏ DÜŞMÜŞÜK...

10-01-2022, 12:30           
Rusiya ordusu Azərbaycan torpağında konsert verir... - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Şimal Donanmasının Mahnı və Rəqs Ansamblı Rusiya sülhməramlı kontingentinin bütün hərbçilərini təbrik etməklə Dağlıq Qarabağa Yeni il qastrol səfərini başa vurub. Yekun konsertlər Stepanakertdə(əslində Xocalı rayonundakı hava limanında-S.L.) Rusiya sülhməramlılarının qərargahının ərazisində keçirilib”. Teref.AZ moderator.az-a istinadən xəbər verir ki, bu məlumat yanvarın 10-u Moskva vaxtı ilə saat 05:00-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılmış xəbərdəndir.

"Şimal Donanmasının Mahnı və Rəqs Ansamblı bu gün Yeni il və Milad bayramları münasibətilə təbriklərini tamamladı. Burada, Dağlıq Qarabağ ərazisində onlar 30-dan çox konsert veriblər. Bu, böyük zəhmətdir. Bütün müşahidə məntəqələrində, eləcə də müştərək Rusiya-Türkiyə mərkəzində və bilavasitə Rusiya sülhməramlı kontingentinin bazasındakı bütün şəxsi heyəti bu komanda təbrik edib”, - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksey Qaliyev bildirib.

Məlumata görə, Rusiya ordusunun bəhs edilən ansamblı Əsgəran şəhəri, Xocalı, Xocavənd, Ağdam, Tərtər və Kəlbəcər rayonlarının bir hissəsində məskunlaşmış bütün erməniləri təbrik edib. Kollektiv həmçinin Xankəndindəki internat məktəbində keçirilən humanitar aksiyaya qatılıb...

P.S. Qazaxıstana artıq açıq təcavüz edən Rusiya ordusu Azərbaycan Respublikasının Qarabağ torpaqlarının xeyli hissəsində hələki konsert verir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]