Erməni quldurlar Qazaxıstanı qarət edir... - Mixaylovdan İLGİNC AÇIQLAMA

10-01-2022, 12:16           
Erməni quldurlar Qazaxıstanı qarət edir... -
Ermənistan hərbçiləri Qazaxıstandakı vəziyyətdən öz eqoist məqsədləri üçün istifadə edirlər.

TEREF.AZ axar.az-a istinadən xəbər verir ki, bu fikirləri rusiyalı analitik Yevgeni Mixaylov paylaşıb.

"Belə ki, Qazaxıstanın “Xəbər 24” telekanalı Uralsk şəhərində nəzarət-buraxılış məntəqəsində erməni nömrəli avtomobilin saxlanıldığını, sərnişinlərinin silahlı olduğunu bildirib. Maşında gözyaşardıcı qaz və soyuq silahlar olub. Bundan başqa, yük yerindən 50 ədəd mobil telefon, 6 ədəd planşet, 23 dəst smart saat və xüsusi maqnit etiketləri olan bir çanta paltar aşkar edilib.

Saxlanılanların sözlərinə görə, onlar iğtişaş zamanı əşyalar, smartfonlar və digər avadanlıqlar oğurlayıblar. Bu, ilk növbədə, bəzi şəxslərin ölkədə hökm sürən xaosdan sui-istifadə edərək, quldurluqlarda iştirak etmək fikrinə düşdüyünü göstərir. Onlar hər yerdə, o cümlədən Rusiyada da fəaliyyətdə olan quldurlardır”, - Mixaylov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]