Qərb qorxur: Rusiyadan asılı vəziyyətə düşərik

10-01-2022, 08:33           
Qərb qorxur: Rusiyadan asılı vəziyyətə düşərik
Almaniyanın nüvə enerjisindən imtina etməsi Avropanı Rusiya qazından asılı vəziyyətə salır.

Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” qəzetinin köşə yazarı Reyçel Millard yazıb.

O xatırladıb ki, Berlin ölkədə mövcud olan altı atom elektrik stansiyasından üçünü bağlayıb. Qalanları ilin sonuna kimi istismardan çıxarılacaq. Atom elektrik stansiyalarının məhv edilməsi planı 2000-ci illərin əvvəllərində kansler Herhard Şröderin dövründə qəbul edilib. 2011-ci ildə Yaponiyanın Fukusima stansiyasında baş vermiş qəzadan sonra Angela Merkel hökuməti nüvəsiz Almaniyanın qurulması istiqamətində siyasi kursu təsdiqləyib.

“Qlobal istiləşmənin təsirlərini azaltmaq üçün Avropa 2045-ci ilə qədər iqtisadiyyatını təmiz enerjiyə çevirməyi hədəfləyir. Bu o deməkdir ki, qitə fabrikləri, elektromobilləri gücləndirmək və əhalinin tələbatını ödəmək üçün böyük həcmdə aşağı karbonlu elektrik enerjisi istehsal etməli olacaq. Lakin reallıqda Almaniyada atom elektrik stansiyalarının istismardan çıxarılması qitənin kömür və Rusiya qazından asılılığını artıran təhlükəli yoldur”, - deyə Millard qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]