Vaşinqton Polşa və Baltikyanıda ordunu azaltmaq fikrində deyil - "Bu fikirlər yanlışdır"

10-01-2022, 07:49           
Vaşinqton Polşa və Baltikyanıda ordunu azaltmaq fikrində deyil -
Vaşinqton Polşada və Baltikyanıda Amerika ordusunun say tərkibini ixtisar etməyə hazırlaşmır.

Bu barədə Ağ Evin nəzdində Milli Təhlükəsizlik Şurasının (MTŞ) nümayəndəsi Emili Horn bəyan edib (Delfi.lt).

Hornun bəyanatı ondan sonra səslənib ki, «NBC News» telekanalı öz mənbələrinə istinadla xəbər verib ki, Vaşinqton Rusiya ilə Şərqi Avropada hərbi iştirakını ixtisar etmək imkanlarına baxır.

Bundan əvvəl «NBC News» öz saytında «Bayden administrasiyası Rusiya ilə Şərqi Avropada Amerika ordusunun say tərkibinin ixtisarı imkanlarına baxır» başlığı altında material yerləşdirib.

Naməlum mənbəyə istinadla məqalədə təsdiqlənir ki, ABŞ-ın Moskva ilə gözlənilən danışıqlarda potensial olaraq hər iki tərəfin keçirdiyi hərdi təlimlərin miqyası məsələsinə və Kalininqrad vilayətində «İskəndər» kompleksinin nüvə başlığı daşıyan raketlərlə birlikdə yerləşdirilməsi variantına toxunula bilər. «Administrasiya Avropada ordunun ixtisarı məsələsini nəzərdən keçirmir, baxmayaraq ki, məqalənin başlığından bunu ehtimal etmək olar. Administrasiya Rusiya ilə Baltikyanıda və Polşada yerləşdirilmiş hərbçilərin sayını müzakirə etmir» - Ağ Evin yanında MTŞ nümayəndəsi deyib.

Bundan başqa o, əmin edib ki, administrasiya gözlənilən danışıqlarda müzakirə üçün qüvvələrin yerləşdirilməsi siyahısını tərtib etmir.

«Bu məqalədə naməlum mənbənin sitat gətirdiyi sözlərinin əksinə olaraq, administrasiya danışıqlarda baxılmaq üçün qüvvələrin yerləşdirilməsinin dəyişməsi siyahısını tərtib etmir. Bu fikirlər - yanlışdır» - Horn əlavə edib. Eyni zamanda Vaşinqton Moskva ilə Ukraynada Amerika raketlərinin yerləşdirilməsindən imtina etməyin müzakirəsinə hazırdır.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]