Borrellin Qazaxıstan açıqlamasına Rusiyadan cavab

7-01-2022, 10:28           
Borrellin Qazaxıstan açıqlamasına Rusiyadan cavab
Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell yəqin ki, Qazaxıstanda "Maydan" hadisələrinin təkrarlanmasına üstünlük verəcəyini təklif edib.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

“Göründüyü kimi, AB diplomatiyasının rəhbəri Borrell Qazaxıstanda Ukraynada baş vermiş "Maydan" çevrilişinin təkrarını görmək istərdi və bu, şübhəsiz ki, onda ən yaxşı xatirələri yada salır”, - Polyanski bildirib.

Qeyd edək ki, daha öncə Borrell açıqlamasında Qazaxıstandakı böhranın həllinə dəstək verməyə hazır olduğunu və KTMT-nin müdaxiləsinin köhnə xatirələri yada saldığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]