Camalov: Qazaxlara Rusiya lazım deyil!

7-01-2022, 08:09           
Camalov: Qazaxlara Rusiya lazım deyil!
Qazaxıstan xalqına Rusiya hərbi müdaxiləsi qətiyyən lazım deyil.

Axar.az xəbər verir ki, bu sözləri “Qazax diasporu” Moskva fondunun rəhbəri Polad Camalov Rusiya mediasına açıqlamasında deyib.

O bildirib ki, yalnız Tokayev Rusiyadan hərbi yardım umur:

“Bu, tamamilə işğaldır. Əgər ona guya rusları müdafiə etmək xarakteri verilsə, bu, kabus olacaq. Ruslara Qazaxıstanda belə “Rus dünyası” lazım deyil. Qazaxlar hərbi müdaxiləni təcavüz aktı kimi qəbul edəcək”.

Camalov qarət və soyğunda “Moskvanın əli”nin olduğunu iddia edib:

“Bütün bunlar hər tərəfdən, o cümlədən Moskvadan gələn çağırışlardır. Bunda şübhə etmirəm. Qazaxıstanda bir neçə tərəfin maraqları toqquşur. Rusiya, ABŞ, Türkiyə və Çin...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]