Əli Əliyev həbs oluna bilər

7-01-2022, 08:28           
Əli Əliyev həbs oluna bilər
Sabah Yasamal Rayon Məhkəməsində iki iclas keçiriləcək.

Yenisabah.az xəbər verir ki, iddiaçılar 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandığı bildirilən polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovdur.

Onlar Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

Bu barədə VİP mətbuat xidməti məlumat yayıb. İddiaçıların şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Emil Cəfərovun iddiası üzrə hakim Hüseyn Səfərovun sədrlik edəcəyi məhkəmə iclası saat 10-05-də başlayacaq. Ramin Ədilovun iddiası üzrə hakim Rauf Daşdəmirovun sədrlik edəcəyi iclas isə saat 11-20-yə təyin olunub.

Qeyd edək ki, iddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” Yutub kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]