“Referendum keçirilsin, Qazaxıstan Rusiyaya birləşdirilsin” - Şok açıqlama + Foto

7-01-2022, 08:13           
“Referendum keçirilsin, Qazaxıstan Rusiyaya birləşdirilsin” -
“Qazaxıstan Rusiyaya birləşdirilsin”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Dağıstandan seçilmiş deputatı Sultan Hamzayev deyib. O, Qazaxıstanı Rusiyaya birləşdirmək təklifi ilə çıxış edib.

Dövlət Dumasının “Vahid Rusiya” deputatı Sultan Hamzayev Rusiyanı Qazaxıstanın “tarixi vətəni” adlandırıb.

“Mən Qazaxıstanın tarixi vətəni Rusiya ilə birləşməsi ilə bağlı Qazaxıstanda referendumun keçirilməsinin tərəfdarıyam”, – parlamentari deyib.

Deputat əlavə edib ki, Qazaxıstan prezidenti öz bəyanatlarını rus dilində edir və bu, onun fikrincə, “rus torpağı”nın təsdiqi ola bilər.

Bundan əvvəl LDPR lideri Vladimir Jirinovski ölkədə vəziyyətin normallaşmayacağı təqdirdə Qazaxıstanın şimalının Rusiya Federasiyasının tərkibinə daxil ola biləcəyini bildirmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]