"O da, Ukrayna kimi Amerika, NATO üçün hədiyyə olacaq." LUKAŞENKO

7-01-2022, 07:45           
"O da, Ukrayna kimi Amerika, NATO üçün hədiyyə olacaq."
Belarus prezidenti Qazaxıstanı da Ukrayna kimi Qərbə “hədiyyə” etməyin yolverilməzliyini deyib.

Teref.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstanı “əldən buraxmağın” qəbuledilməz olduğunu “əsaslandırıb”.

Onun fikrincə, Qazaxıstan “əldən çıxarsa”, o da Ukrayna kimi Qərb üçün “hədiyyə” olacaq:

“Biz gözəl başa düşürük ki, Qazaxıstanı əldən vermək olmaz. Vermək olmaz, vəssalam. Çünki bu halda o da Ukrayna kimi Amerika, NATO üçün hədiyyə olacaq.

Ona görə də istəyirəm düzgün başa düşəsiniz ki, Berlarusdan sülhməramlıların göndərilməsi haqda qərar nəyə görə qəbul edilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]