Akopyandan “həyəcan təbili”: -

26-11-2021, 18:28           
Akopyandan “həyəcan təbili”: -
Qarabağdakı ermənilərin qondarma parlamentinin bugünkü “iclası” “deputatların” ümidsiz çıxışları ilə yadda qalıb.

Gununsesi.info erməni mediasına istinadla xəbər verir ki, qondarma qurumun qondarma deputatları İrəvanın Xankəndiyə nəzarəti itirdiyini, sülhməramlıların ətəkləri altında olsalar belə, kimsəsiz qaldıqlarını vurğulayıblar.

Əldəqayırma qurumun “deputatı” Metaxe Akopyanın çıxışı isə əsl “həyəcan təbili”nə çevrilib:

“Aydındır ki, 44 günlük müharibədən sonra Azərbaycanın əli masada güclüdür. Hələ ki, rusiyalı sülhməramlılara arxamızı söykəmişik. Amma İrəvanda baş verənlər göstərir ki, vəziyyətimiz getdikcə daha da pisləşəcək. Sabah Azərbaycan rusların getməsini tələb edə bilər. O zaman bizim işimiz nə Rusiyaya, nə də tanrıya qalacaq. Biz bu haqda ciddi düşünüb qərarlar verməliyik. İndi Qarabağla bağlı “status” məsələsi haqda danışılmır, əsas mövzu dövlət sərhədlərinin delimitasiyasıdır. Başa düşürsünüzmü nələrin baş verdiyini, biz unudulmuşuq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]