Hindistanda son həftə COVID-19 virusuna gündə təxminən 10 min yoluxma qeydə alınıb

10-06-2020, 00:02           
Hindistanda son həftə COVID-19 virusuna gündə təxminən 10 min yoluxma qeydə alınıb
Hindistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVID-19) 9987 yoluxma və virus səbəbindən 266 ölüm qeydə alınıb.

AZƏRTAC Hindistanın Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, son 7 gündə ölkədə virusa yoluxma sayı gündəlik təxminən 10 min nəfər təşkil edib. Son məlumata əsasən, ölkədə virusa yoluxanların ümumi sayı 266 min 598 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 7466-ya çatıb. Hindistan yoluxanların sayına görə dünyada 6-cı sıradadır.

Səhiyyə Nazirliyi ölkədə virusa yoluxanların 48 faizinin sağaldığını açıqlayıb.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar martın 25-dən Hindistanda qüvvədə olan xüsusi karantin rejimi bəzi yumşalmalarla iyunun 30-dək uzadılıb. İyunun 8-dən etibarən ölkədə dini ibadət yerlərinin, ticarət və iş mərkəzlərinin, restoranların fəaliyyətinə icazə verilib. Ən pis vəziyyət Maharaştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]