On nəfər yeddi günə 33,6 milyard dollar gəlir əldə etdi

1-06-2020, 03:14           
On nəfər yeddi günə 33,6 milyard dollar gəlir əldə etdi
Koronavirus pandemiyasının yaratdığı böhran şəraitində külli miqdarda itkilərə məruz qalan dünyanın ən varlı şəxsləri yenidən varidatlarını artırmağa başlayıblar.

“Forbes Real Time”ın məlumatına görə, 21-28 may həftəsində dünya varlıları arasında ən çox gəlir əldə edən “Louis Vuitton Moët Hennessy”(LVMH) şirkətinin sahibi və Avropanın ən varlı adamı Bernar Arno olub – yeddi günə 8,1 milyard dollar. Bununla da onun varidatı yenidən 100 milyard dolları keçib və ultravarlı adını özünə qaytarmış olub.

Mayın 31-nə onun varidatının həcmi 101 milyard dollar təşkil edib.


Amansio Orteqa

Ötən həftə ərzində ən çox gəlir əldə edən ikinci şəxs Inditex holdinqinin (Bershka, Zara, Pull&Bear, Massimo Dutti, Oysho digər brendlərin sahibi) sahibi Amansio Orteqa olub – 4,9 milyard dollar qazanmaqla.


Uorren Baffet

Nəhayət, yeddi günə böyük qazanc sahibi olan digər milyarder Uorren Baffetdir – pulunun üstünə daha 3,9 milyard dollar əlavə olunub. Qeyd olunan həftədə dünyanın 10 ən varlı adamı öz varidatlarını 33,6 milyard dollar artıra biliblər.


Bernard Arno

Qeyd edək ki, Bernard Arno koronavirus pandemiyasından ən çox zərərçəkən milyarderlərdən biridir. Mart-aprel aylarında onun varidatı 28 milyard dollar azalmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]