Son 24 saatda Britaniyada 2405 nəfərə COVID-19 diaqnozu qoyulub

25-05-2020, 07:44           
Son 24 saatda Britaniyada 2405 nəfərə COVID-19 diaqnozu qoyulub
Böyük Britaniyada son sutka ərzində daha 2405 nəfər koronavirus infeksiyasına yoluxub.

APA xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Boris Conson brifinq zamanı deyib.

Məlumata görə, bu günədək krallıq ərazisində 259 559 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 118 nəfər artaraq ümumilikdə 36 793 nəfərə çatıb.

Bundan əvvəlki gün Britaniyada 282 nəfərin öldüyü, 2959 nəfərin isə virusa yoluxduğu deyilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]