Ankaraya fındıq böyüklüyündə dolu yağdı

25-04-2025, 09:40           
Ankaraya fındıq böyüklüyündə dolu yağdı
Türkiyənin paytaxtı Ankaraya günorta saatlarında leysan və dolu yağıb, küçələr və səkilər ağa bürünüb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, qəfil yağan dolu çöldə olan insanları və avtomobil sürücülərini çətin vəziyyətdə qoyub.

Fındıq böyüklüyündə yağan dolu səbəbindən bəzi avtomobillərin kapotlarına kiçik ölçüdə ziyan dəyib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]