“Orbita” uşaq baxçasında nöqsanlar aşakarlanıb

14-02-2026, 09:24           
“Orbita” uşaq baxçasında nöqsanlar aşakarlanıb
“Ötən il “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası”na əsasən, Monitorinq qrupu tərəfindən 15 dövrü və 2 növbədənkənar olmaqla ümumilikdə 17 uşaq müəssisəsində monitorinq aparılıb”.

XALQ xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2025-ci ildə Komitənin fəaliyyətinin yekunlarına dair tədbirdə bildirib.

O qeyd edib ki, onlardan 13-nün fəaliyyəti qənaətbəxş, 3-nün fəaliyyəti qismən qənaətbəxş, 1 müəssisənin fəaliyyəti isə qeyri-qənaətbəxş (“Orbita” özəl uşaq bağçası) hesab edilib.

B.Muradova bildirib ki, monitorinqlərin nəticələri barədə məlumatlar Nazirlər Kabinetinə təqdim edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]