Marsol" Qrupun tərəfdaşı olan "LUX TIRES" MMC-nin külli miqdarda borcu üzə çıxdı - 800 min AZN-dən çox + FOTOFAKT
7-02-2026, 08:34
LUX TIRES MMC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin hazırda 833206.26 manat vergi borcu mövcuddur. Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçi ZAUR GÜLMƏMMƏDOV TALİM OĞLUdur. Hüquqi ünvanı SUMQAYIT ŞƏHƏRİ, 10 MKR, ev.27, m.68 olsa da şirkətin ofisi Bakı, Xətai prospekti 34, LUXEN PLAZA, 12-ci mərtəbədə yerləşir.
İnternet resurslarında araşdırmamiz zamanı bəlli olub ki, LUX TIRES" MMC ötən ilin sentyabrında Marşla Qrupun partnyorluğuna qoşulub. Şirkət haqqında rəsmi məlumata görə, LUX TIRES MMC 2000-ci ildə təsis edilmiş və Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən şirkətimiz, topdansatış sektoru üzrə fəaliyyət göstərir. Şirkət, dünyaca məşhur NEXEN Tire markasının Azərbaycandakı tək rəsmi distribütorudur. Qeyd edək ki, “Marsol” MMC-nin sədri Tural Mustafayevdir.