Ən bahalı və yadda qalan milyonluq reklamlar - SİYAHI

22-08-2025, 07:14           
Ən bahalı və yadda qalan milyonluq reklamlar - SİYAHI
Bəzən reklamlar filimlərdən daha çox yadda qalan olur. Dünyanın ən məşhur brendləri milyonlarla dollar xərcləyərərk izləyicinin yaddaşında iz qoyur.

Hətta bəzi reklamlar o qədər möhtəşəm alınır ki, onlar reklam kimi yox, kiçik film kimi yadda qalır.

Valyuta.az izləyicinin yaddaşında qalan ən bahalı reklam filmlərini təqdim edir.

1. "Chanel No. 5" – “The Film” (2004) – Təxminən 33 milyon dollar vəsait hesabına çəkilən bu filmin rejissoru Baz Luhrmann olub. Reklamın əsas üzü Nicole Kidman idi. Bu qısametrajlı film kimi çəkilən ətir reklamıdır.

2. "Nike" – “Write the Future” (2010) – Təxmini olaraq 25 milyon dollar vəsait hesabına çəkilib. Bu reklam filmi dünya kuboku üçün hazırlanıb və Cristiano Ronaldo, Wayne Rooney, Didier Drogba, Kobe Bryant kimi ulduzlar iştirak edib.

3. "Emirates və Jennifer Aniston": 2015-ci ildə "Emirates Airlines" Hollivud ulduzu Jennifer Aniston ilə birlikdə dünyada səs-küyə səbəb olan reklam filmi təqdim etdi. Reklamın istehsalı və Jennifer Anistonun qonorarını nəzərə alanda ümumi dəyəri təxminən 20 milyon ABŞ dollarına başa gəlib.

4. "Guinness" – “Tipping Point” (2007) – Reklam filminin təxmini dəyəri 16 milyon dollardır. Bu reklam filmi üçün Argentina kəndində 6000 domino, soyuducu, avtomobil və hətta piano istifadə olunub.

5. "Aviva" – “Names” (2008) – Reklam filminin çəkilməsinə 13,4 milyon dollar vəsait xərclənib. Reklamda Bruce Willis, Ringo Starr, Elle Macpherson və Alice Cooper kimi məşhurlar çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]