“Ölkədə mövcud olan siqaret monopoliyası bahalaşmaya zərurət yaradır” - Ekspert

3-06-2022, 10:55           
“Ölkədə mövcud olan siqaret monopoliyası bahalaşmaya zərurət yaradır” - Ekspert
Son zamanlar ölkəyə idxal olunan siqaretlərin qiymətində artım müşahidə olunur. Hətta artımla əlaqədar bəzi siqaretlərin idxalında məhdudlaşmalar tətbiq olunub. Bəziləri isə bir müddətlik piştaxtalardan yığıştırılsa da daha sonra əvvəlki qiymətlə müqayisədə 20-30 qəpik bahasına satılır. Satış məntəqələrindən isə qiymət artımına səbəb kimi firmaların siqaretləri baha gətirməsi göstərilir.

Teref.az yazır ki, məsələ ilə bağlı Ednews-a danışan İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev siqaret məhsullarının qiymətindəki bahalaşmanı tütün sahəsində daxili istehsalın zəif olması ilə əlaqələndirib.

“İlkin olaraq qeyd edim ki, Azərbaycanda tütün sahəsində istehsal azdır. Siqaret istehsalı ilə məşğul olan zavodların azlığı xaricdən idxala zərurət yaradır. İdxal olunan tütün məhsullarının keyfiyyəti isə şübhə altındadır. Ümumi olaraq, bu sahədə islahatlar aparılmalıdır. Tütün sahəsinin inkişafı bahalaşmanın da qarşısını ala bilər”.

Ekspertin fikrincə, ölkədə tütün monopoliyası olduğu üçün siqaretlərdə bahalaşma müşahidə olunur:

"Bəzi məmurlar ölkədə siqaret monopoliyası qurublar. Bu monopoliyaya nəzarət isə demək olar ki, zəifdir. Həmin məmurlar fürsətdən istifadə edərək siqaretləri məqsədyönlü şəkildə satışdan çıxarırlar. Bu da qiymətlərin bahalaşmasına səbəb olur. Çox zamansa öz ciblərini düşünərək heç bir əsas olmadan qiyməyləri artıraraq xalqın istəklərini görməzdən gəlirlər.

Xanlar Əlibəy












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]