Putin və Zelenski bu şəhərdə görüşə bilər – Uşakov

Bu gün, 08:24           
Putin və Zelenski bu şəhərdə görüşə bilər – Uşakov
Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskini Moskvada qəbul etməyə hazırdır. Lakin Moskva iki ölkə liderinin görüşünü danışıqlar prosesi başa çatdıqdan və münaqişənin nizamlanmasına dair sənədlər hazırlandıqdan sonra məqsədəuyğun hesab edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Vesti” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Putin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığı zamanı Rusiya, Ukrayna və ABŞ arasında danışıqların bərpası məsələsini müzakirə edib.

Uşakov qeyd edib ki, Putin ukraynalı həmkarının Moskvaya səfər etmək və birbaşa danışıqlar aparmaq istədiyi təqdirdə onun üçün bütün zəruri şəraitin, o cümlədən təhlükəsizliyin təmin edilməsinə hazır olduğunu təsdiqləyib.

Rusiya prezidentinin köməkçisi vurğulayıb ki, iki ölkə liderinin görüşü ilk növbədə danışıqlar prosesi başa çatdıqdan və uzunmüddətli nizamlanmaya dair sənədlər hazırlandıqdan sonra məna kəsb edə bilər.

“Bundan sonra iki ölkənin liderlərinin görüşməsi mümkündür. Danışıqlar aparan tərəflər sənədləri onlara təqdim etməyə, liderlər isə öz növbəsində onları imzalamağa hazır olardılar”, – deyə Uşakov vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]