SAKALARDAN GÜNÜMÜZE TÜRK MİRASI - Ön Türklərin İkiçayarasında qurduğu Akad (AğOd) dövləti, m.ö. 2316-cı il.

Bu gün, 09:04           
SAKALARDAN GÜNÜMÜZE TÜRK MİRASI -
Azərbaycan, Doğu Anadolu və İkiçayarası ən qədimdən ancaq Ön Türklərin yurdu olmuşdur. Hər millət bir bölgədə formalaşdığı kimi Türklərin əcdadları da bu bölgədə doğulub və burada formalaşıb. Dünyada son 150-200 ildə formalaşan antitürk siyasət nəticəsində Türklərin Ön Asiyaya gəlmə bir xalq kimi təqdim etmək üçün çox böyük işlər görülmüşdür. Hətta çoxlu sayda, demək olar ki, çox böyük kəsim tarixçilər tərəfindən də qəbul edilən “Nəzəriyyələr” uydurulmuşdur. Çünki Türklərin Ön Asiyada ən qədim varlığını yazmaq və qəbul etmək onlar üçün bu coğrafiyada yaranmış qurumların Türklər tərəfindən ququlduğu etiraf etmək sayılırdı. Həqiətdə isə bu coğrafiyaya yəni Azərbaycan, Doğu Anadolu və İkiçayarasına başqa xalqların kütləvi gəlişi 4300 il öncə ola bilər. Tarixi mənbələrin yazdığı mənbələrə görə güya sami adlandırılan xalqlar qədim prototürk Ubeyd mədəniyyəti əsasında formalaşmış, İkiçayarasının batı qonşuluğunda Aralıq dənizinin doğusunda Elba dövləti qurmuşdular. Böyük ehtimalla sami xalqları ilk dəfə 4300 il öncə İkiçayarasında Ön Türklərin qurduğu Akad (AğOd) dövlətinin ərazılərinə gəlmişdilər. Akad sözü də Öntürkcədə yəni ən qədim Azər (OdƏr) dilində Ak- Ağ Ulu Tanrı, Ad-Od Həqiqət mənasındadır. İndiki dilimizlə desək yəni Tanrı insanları mənasında işlənmişdir. Akad-Akat-Kut-Kuti-Qud-Qut sözləridə eyni mənada işlənən ən qədim Ön Türk sözləridir.
“Şərqi sami tayfaları e.ə III minilliyin əvvəlində Şimali İkiayarasına qərbdən gəlmişdilər. Samilərin buraya bir neçə axını olmuşdur. Erkən samilər İkiçayarasında akkadlar (Akkad şəhərinin və dövlətin adı ilə) adlanmışlar. E.ə III minilliyin sonunda İkiçayarasını zəbt etmiş və şumer dilinin işlənməsini məhtudlaşdırmışlar. E.ə II minilliyin əvvəlində, ehtimala görə, şumer dilində artıq danışımırdı, lakin o ədəbi dil kimi qalırdı. Burada akkadlaşma prosesi gedirdi.” Prof. Dr. Yusif Yusifovun “Qədim Şərqin tarixi” kitabının 58 səhfədə qeyd etdiyi tezis onu deməyə əsas verir ki, m.ö. III minilliyin sonlarında sami xalqları Ön Türklər tərəfindən qurulmuş Akad (AğOd) dövlətinin eyni adlı şəhərə gəlib yerləşibər. Akad (AğOd) adı onarın öz adları olmamışdır. Ola bilər ki, m.ö. III miniiyin sonunda artıq hakimiyyəti samilər ələ alıb və diləri əsas ünsiyyət dilinə çevrilmişdir.
Mənbələrin verdiyi məlumata görə Akad dövlətinin yaradıcısı I Şarri-kin (akkad:Şarrumkenu) olmuşdur. O, e.ə. 2316–2261 illərdə bu dövlətin çarı olmuşdur. Yunanlar ona Sarqon deyirdilər. O sami olmuşdur və Kiş şəhərinin çarı Ur-Zababanın bağbanı vəzifəsində çalışırdı. Ur-Zababa Umma şəhərinin çarı tərəfindən savaşda məğlub edildiyindən sonra, bilinməyən səbəblər nəticəsində (əfsanəyə görə tanrıca İştarın himayəçiliyinin nəticəsində Sarqon çarlığı ələ keçirmişdi.
Sonra Sarqon şumer çarlarına qarşı savaşı davam edərək, Umma və Laqaş şəhərlərini ələ keçirmiş, sonra İran körfəzinə qədər irəliləmişdir. Beləliklə, bu savaşlar nəticəsində bütün Mesopotamiya Sarqona tabe oldu və onun yaratdığı böyük və qüdrətli dövlət Akad adlandırılmışdır.
Daha sonra Sarqonun ordusu elamlılara qarşı hücuma keçərək, Susa şəhərini də ələ keçirmişdir. E.ə. 2306-cı ildə isə o, Suriya istiqamətində irəliləyərək, Aralıq dənizinin sahillərinə çıxmış, oradan isə Kiçik Asiya yarımadasına da hücum etmişdir. Bu istilalar nəticəsində Akkad faktiki olaraq tarixdə ilk imperiyaya çevrilmişdir.
“Özlərini demokratik dühalar, gerçəkpərəst cuğalar kimi qələmə verən Avropa alimlərinin çoxu saxtakarın yekəsidir. Onlar Akkad hökmdarının sa-ru-xe-en sillabik işarələri ilə yazılan adını Saruxan, Saruxen kimi oxuyurdular. Biləndə ki, saru və xan Türk sözləridir, buqələmun kimi rənglərini dəyişdilər. Yazdılar ki, biz hökmdarın adını Sarqon formasında dərsliklərə və ensiklopediyalarda pərçim eləməyi məsləhət bildik. Assurlar qədim Ön Asiyanın prototürk xalqlarından biridirlər. Onlar Aralıq dənizi sahillərini tutanda orada qeyri-türk xalqları ilə qarışdılar. Nəticədə dillərinin qrammatik quruluşu xeyli dəyişildi. Ancaq leksik fondun qiymətli nümunələrinin çoxu, xüsusilə hərbi leksika qaldı. Assuriya hökmdarı Saruxanın restavrasiya olunmuş şəklini görürsünüz. Yaxın günlərdə onun toteminin - ağ atın mərmərdən bütünün də şəklini təqdim edəcəyəm. Akkadların totem heyvanı ağ at idi. Onlar atı əhliləşdirib ölkələr fəth etmiş, qədim dünyanın hakim nəsillərindən biri olmuşdular. Özlərini dərsliklərdə gördüyünüz kimi Akkad yox, Akate, yəni ağ ata sitayiş edən adamlar adlandırırdılar. Hökmdarlarına günəşin timsalı kimi Saru, yəni Sarı deyib ətəyindən öpür, xan deyib qarşısında baş əyirdilər. Əziz həmvətənlərim!!! Otuz ildir ki, müstəqilik, cəmi on ilimiz qalıb!!! On il də yaşasaq, qırx ilimiz tamam olacaq, həzrəti Musa hümməti kimi beyinlərimiz saxta düşüncələrdən təmizlənəcək. Akkad xanı Sarqona Saru xan, Urartu hökmdarı Sardura Sarı Tur deyəcəyik.” (Prof. Dr. İlhami Cəfərsoy)
Müasir tarix elmində və ümumi qəbul olunmuş elmi konsensusda Akadlar sami (semit) mənşəli bir xalq hesab olunur və dilləri də Sami dil ailəsinə aiddir. Bununla belə, bəzi türk və qərb tarixçiləri, şərqşünaslar və arxeoloqlar Akadların bilavasitə özlərini və ya onlarla əlaqəli olan bəzi qonşu tayfaları/mədəniyyətləri Türk mənşəli (və ya Proto-Türk) hesab etmiş, yaxud bu istiqamətdə nəzəriyyələr irəli sürmüşlər. XIX əsrdə mixi yazıları ilk dəfə oxunarkən bəzi qərb alimləri Mezopotamiyanın qədim sakinləri arasında "Turanlı" (Ural-Altay/Türk) mənşəli xalqların olduğunu müdafiə edirdilər.
Akadları və ya onların dövründəki bəzi elementləri türk mənşəli hesab edən və bu mövzuda tədqiqat aparan əsas alimlər və onların yanaşmaları aşağıdakılardır:
Tanınmış fransız şərqşünası Jül Oppert, Kaspi, Elam, həmçinin bəzi ilkin Mezopotamya (Sümer-Akad) mədəniyyət elementlərinin dillərini araşdırarkən onların sami və ya hind-avropa yox, Turan/Türk soylu xalqlar tərəfindən formalaşdırıldığını iddia etmişdir.
Edvin Norris (Edwin Norris) kimi dilçi alimlər də bölgədəki qədim mixi yazılı abidələrin (məsələn, bəzi Saka/Skit və Elam variantlarının) dil quruluşunun türkcəyə yaxın olduğunu və bu xalqların ortaq bir kökdən gələ biləcəyini qeyd etmişlər.
Türkiyənin tanınmış qədim dövr tarixçisi Prof. Dr. Ekrem Memiş, Akadların özlərinin sami olduğunu qəbul etsə də, Akad hökmdarı Naram-Sinin yazdırdığı məşhur "Şartamhari metnləri" (M.Ö. 2250-ci illər) əsasında Anadolu və Mezopotamiyadakı ilkin türk varlığını sübut etməyə çalışmışdır. Onun fikrincə, Akad mətni olan Şartamharidə Naram-Sinin vuruşduğu 17 krallıq arasında adı keçən "Türki" (Türkiyyə) krallığı tarixdə "Türk" adının keçdiyi ilk rəsmi sənəddir və Akadların qonşuluğunda proto-türklərin yaşadığını göstərir.
"Türkler ve Medler" və digər əsərlərində qədim Ön Asiya xalqlarının etnik mənşəyini araşdıran Mehmet Bayrakdar, qərb şərqşünaslarının ilkin dövr araşdırmalarına istinad edərək, Akad dövlətinin qurulmasında və Mezopotamiyanın qədim mədəniyyət qatlarında Turani/Türk elementlərinin mühüm rol oynadığını müdafiə edir. O, "Akad və Asur dilləri" ilə bağlı tədqiqatlarında göstərir ki, sami mənşəli akadlar İkiçayarsına (Mezopotamiyaya) gələrkən orada Subar, Arman və Tourk (Türk) kimi proto-türk boyları ilə qarşılaşmış və akad dili bu yerli türk boylarının dilindən ciddi şəkildə təsirlənmişdir.
1930-cu illərdə Türkiyədə irəli sürülən Türk Tarih Tezi çərçivəsində fəaliyyət göstərən bəzi tarixçilər Şemseddin Günaltay, Afet İnan və.s Mezopotamiyadakı Sümer və Akad sivilizasiyalarının kökündə Mərkəzi proto-türklərin dayandığını iddia edirdilər.
Mənbələrin verdiyi məlumatlara görə Akad dövlətinin (İmperatorluğunun) süqutu e.ə. XXII əsrin sonlarına (təxminən e.ə. 2150–2100-cü illər) təsadüf edir və bu proses bir neçə amilin qarşılıqlı təsiri nəticəsində baş vermişdir:Süqutun əsas səbəbləri:• Quti tayfalarının hücumları: Dağlıq Zaqros bölgəsindən gələn yarımtəknəvər/yarımköçəri qutilər müntəzəm basqınlarla dövləti və şəhərləri zəiflətdilər, nəticədə Akad hakimiyyətini yıxdılar.• İqlim dəyişikliyi və quraqlıq: Müasir elmi araşdırmalar göstərir ki, həmin dövrdə bölgədə baş verən kəskin quraqlıq və qum fırtınaları kənd təsərrüfatını, suvarma sistemlərini və taxıl istehsalını çökdürərək ölkədə kütləvi aclığa səbəb olmuşdu.• Daxili çəkişmələr və zəifləmə: Naram-Sindən sonra hakimiyyətə gələn zəif krallar (Şar-kali-şarri və sonrakı hökmdarlar) daxili sabitliyi qoruya bilmədilər. Mərkəzi hakimiyyətin zəifləməsi şəhər-dövlətlərin və vilayətlərin asılılıqdan çıxmasına və ölkənin parçalanmasına gətirib çıxardı.• Uzunmüddətli müharibələr: Daimi hərbi yürüşlər və daxili qarşıdurmalar ölkənin maliyyə və insan resurslarını tükətdi.Akad imperatorluğunun süqutundan sonra Mesopotamiyada bir müddət Kuti dövlət qurumu hakimiyyət sürmüşdür.
İstifadə olunan mənbələr.
1. Prof. Dr. Yusif Yusifov “Qədim Şərqin tarixi”.
2.Prof. Dr. İlhami Cəfərsoy “Arilərin türk mənşəyi” və digər əsərləri.
3. Prof. Dr. Ekrem Memiş "Şartamhari metnləri".
4.Prof. Dr. Mehmet Bayrakdar"Türkler ve Medler" və digər əsərləri.
5. Yazıçı İsa Muğanna “İdeal” və digər əsərləri.
6. Ensiklapediya və Vikipediya.
Təvəkgül Nəbioğlu
TEREF
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]