İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
Bu gün, 09:38

Azərbaycanda təhsil müəssisələrinin maddi-texniki təchizatı üzrə keçirilən dövlət satınalmalarında vergi borcu olan podratçı şirkətlərin qalib seçilməsi halları davam edir.
32gun.az-ın əldə etdiyi məlumata görə, "İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi" Publik Hüquqi Şəxsi maşın və avadanlıqların (qaynaq aparatı və laqonda) satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Satınalma müsabiqəsinin qalibi "TECHNO GROUP AZERBAIJAN" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1905167681) seçilib və tərəflər arasında 15.735,3 AZN (15.7 min manatdan çox) məbləğində satınalma müqaviləsi bağlanıb.
32gun.az-ın əldə etdiyi digər əsas məlumata görə, tenderin qalibi elan edilən "Techno Group Azerbaijan" MMC-nin dövlət büdcəsinə 3.224,42 AZN məbləğində vergi borcu mövcuddur.
Rəsmi registr göstəricilərinə əsasən, nizamnamə kapitalı cəmi 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi (Yeni Günəşli qəsəbəsi), ev 139, mənzil 24 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi isə Anar Qasımov Rəfail oğludur.
"Dövlət satınalmaları haqqında" Qanunun tələblərinə rəğmən, dövlət büdcəsi qarşısında vergi öhdəliyi (borcu) olan bir şirkətlə satınalma müqaviləsinin imzalanması diqqət çəkən suallar doğurur.

