Kürd referendumunu dəstəkləyən azərbaycanlı məmurdan hətərən-pətərən açıqlama - Bu adam kimin əmisioğludur?

26-09-2017, 16:56           
Kürd referendumunu dəstəkləyən azərbaycanlı məmurdan hətərən-pətərən açıqlama - Bu adam kimin əmisioğludur?
Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması və haqqında araşdırma başlaması ilə bağlı xəbərlərə münasibət bildirib.

F. Tanrıverdiyev “Qafqazinfo”ya açıqlamasında fotoları paylaşması, referendumu dəstəkləməsinin səbəbi haqqında heç nə deməyib: “Mən lazım olsa, bu barədə danışa bilərəm. Amma hələ ki, bu barədə heç nə deyə bilmərəm. Əgər rəsmi qaydada açıqlama tələb olunsa, danışacağam”.

Haqqında başlayan araşdırma və işdən çıxarılacağı haqda xəbərlərə isə F. Tanrıverdiyev belə cavab verib: “Dövlətimiz mənə etimad göstərib, bu işə təyin olunmuşam. Əgər bu etimadı əməlimdə doğrultmamışamsa, dövlətə və dövlətçiliyimizə qarşı yanlışlığa yol vermişəmsə, bu zaman işdən çıxarıla bilərəm. Başqa heç nə ola bilməz. Kiminsə mənlə qəsd-qərəzliyi yoxdur. Mənim də heç kimlə qərəzim yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]