ANNA FRANKIN GÜNDƏLİYİ - İYİRMİ YEDDİNCİ VƏ SONUNCU HİSSƏ
18-12-2025, 09:54

Şənbə, 8 iyul 1944-cü il
Əzizim Kitti!
Bruks Befervayk hərracından çiyələk almışdı. Kontora çiyələk tozlu, qumla qarışmış halda, ancaq əvəzində böyük miqdarda gətirilmişdi. Firma və bizim üçün iyirmi dörd yeşikdən az deyildi. Ele bu gün axşam biz alt banka təzə çiyələk konservləşdirəcəyik və səkkiz banka cem bişirəcəyik. Sabah səhərsə Mip kontor üçün cem bişirəcək.
Birin yarısında, axırıncı fəhlənin dalınca qapı bağlanan kimi atam, Peter və Van Daan piləkənlə aşağı cumdular - yeşiklərin dalınca. Bu vaxt mən krandan vedrələrə isti su doldururdum, Marqo isə daşıyırdı. Hamı iş başındaydı! Mən kontorun adamla dolu mətbəxinə qəribə bir hisslə daxil oldum: artıq Mip, Bep, Klyayman, Yan, atam, Peter - bir sözlə, sığınacağın, demək olar ki, bütün sakinləri və onların köməkçiləri orada idilər. Özü də bütün bunlar günün günorta çağı baş verirdi! Pəncərələr də, pərdələr də açıq idi, hər bir kəs uca səslə danışır, qapını çırpırdı - məni həyəcandan titrətmə də tutdu. "Ümumiyyətlə, biz hələ də gizlənirikmi?" - deyə mən öz-özümdən soruşdum. Yəqin, mən, həqiqətən, azadlığa çıxanda da belə bir hissi yaşayacagam. Qazanı ağzınacan doldurub cəld yuxarı qalxdım, orada, mətbəxdə məni artıq masanın arxasında gözləyirdilər. Biz, belə demək mümkündürsə, giləmeyvəni arıtlamağa və təmizləməyə başladıq - çünki daha çox ağzımıza gedirdi, nəinki vedrəyə. Tezliklə yenə çiyələk lazım oldu, Peter gətirmək üçün aşagı qaçdı. Ancaq bu dəm qapının zəngi iki dəfə çalındı və bütün işlər dayandırıldı. Peter arxasınca bizim gizli qapını da örtüb qayıtdı. Biz səbirsizlikdən yerimizdə vurnuxurduq, ancaq su kəmərindən istifadə edə bilmirdik və ancaq giləmeyvələrə baxırdıq. Müqəddəs qayda:
" Evdə kənar adam varsa, kranı açmaq olmaz" qeyd-şərtsiz yerinə yetirilməlidir.
Saat birdə Yan gəldi və xəbər verdi ki, poçtalyon gəlmişdi. Peter aşağı şığıdı, ancaq yenə zəng onu geri qayıtmağa məcbur etdi. Mən pilləkəndən qulaq asmağa başladım: görəsən, kim gəlib? Peterlə mən aşağıdakı səsləri müəyyənləşdirməyə cəhd edərkən oğru kimi məhəccərdən sallana qalmışdıq. Kənar səslər eşidilmirdi deyə Peter ehtiyatla iki pillə düşüb çağırdı : "Bep!" Sonra bir dəfə də : "Bep!" Ancaq aşağıdan gələn səs-küy onun səsini batırırdı. Peter mətbəxə qədər getdi, ancaq tezliklə təlaş içində qayıtdı: Klyayman onu xəbərdar edib ki, kontorda müfəttiş var. Yenidən qıfillı qapı və üzücü intizar. Nəhayət, ikinin yarısında Küqler gəldi. Ah, yox, burada da həmin şey. Bu gün səhər çiyələk yemişəm, Yan çiyələyi gözünə təpir, Klyayman çiyələyin dadını çıxardır, Mip çiyələk cemi bişirir, Bep çiyələyi arıtlayır. Bu qırmızı zəhrimardan canımı qurtarmaq üçün yanııza qalxıram və nə görürəm?.. Çiyələk!"
Giləmeyvənin bir hissəsini bankalara yığıb bağladılar, ancaq iki banka atdı və atam onlardan tələsik cem bişirdi. Gündüz daha dörd banka atdı: görünür, Van Daan qabları pis sterilizə etmişdi. İndi atam hər axşam cem bişirir. Biz sıyığı çiyələklə, kefiri çiyələklə yeyirik, buterbrodlar çiyələklədir, desertə çiyələk... İki həftədir ehtiyat qurtarana qədər gözümüzün qabağında ancaq çiyələkdir, konservləşdirilmiş giləmeyvələrsə artıq çoxdan qıfıl altındadır.
"Anna, qulaq as, - Marqo məni çağırdı,- xanım Hufendən doqquz kiloqram göy noxud aldı ". "O necə də lütfkardır!" - cavab verirəm. Həqiqətən də, lütfkarlıqdır, ancaq nə qədər iş ş var! "Şənbə günü səhər hamı göy noxud təmizləyir", - anam süfrə arxasında elan etdi. Doğrudan da, şənbə səhər yeməyi vaxtı masanın üstünə ağzınacan qabıqlı göy noxudla dolu minalı yekə bir qazan qoydular. Göy noxudu qabıqdan təmizləmək çox darıxdıricı işdir, nazik üst qabığı ayırmaq çox çətindir, ancaq az adam bilir ki, o necə dadl, incə və vitaminlərlə zəngindir! Di gəl , sadalanan üstünlükləre malik təmizlənmiş noxud qabıqlıdan üç dəfə az gəlir. Göy noxudu qabıqdan təmizləməkmdəqiqlik və səbir tələb edən işdir. Bu çox dəqiq işləyən diş həkimlərinə və yaxud ot və ədviyyat bilicisinə uyğun gələn işdir, daha yeniyetmə qza yox. Dəhşət idi! Onun yarısında başladıq, on birin yarısında mən fasilə etdim, on birdə yenidən işə girişdim , ancaq on ikinin yarısıda mən artıq əldən düşmüşdüm. Bu sonsuz yeknəseq proseduradan, sözün əsl mənasında, başım gicəllənməyə başladı: qırağını çərtib qabığı ayırırsan, sapı çıxarırsan, qabığı atırsan və sairə və ilaxir. Gözünün qabağında daim yaşıl, soxulcana oxşar, lif, çürük qablq və yenidən bütöv yaşıl. Ümidsizlikdən ağzıma gələni danışıram, hamıı güldürürəm, hiss edirəm ki, bu sonsuz kütlük məni uçuruma aparır . Təmizlənmiş hər noxud dənəsi məni bir daha əmin edir ki, mən heç vaxt, heç vaxt evdar qadın olmayacağam!
Nəhayət, saat on ikidə səhər yeməyinə gedirik. Birin yarısından yenidən qabıqları soymağa başlayrıq. Məndə dəniz xəstəliyinə oxşar nəsə başlayır. Deyəsən, başqalarında da. Saat dörddə mən hələ də zəhləmgetmiş noxudun təsiri altında yatmağa gedirəm.
Anna Frank
Şənbə, 15 iyul 1944-cü il
Əzizim Kitti!
Bizə kitabxanadan adı intriqa doğuran bir kitab gətiriblər: "Siz müasir qız haqqında nə düşünürsünüz?" Bu gün elə bu mövzuda danışmaq istəyirəm. Yazıçı xanım "müasir gəncliyi" amansız tənqid edir və eyni zamanda da ondan tamam imtina edib bir toz da saymır. Əksinə, inanı ki, gənclər istəsələr, yeni, daha yaxşı bir dünya qura bilərlər vo buna da bacarıqları çatar. Di gəl ətraflarıdakı gözəlliyi görməyərək boş-boş işlərlə məşğuldurlar.
Hər abzasdan sonra elə bilirdim ki, bu,mənə yönəlib və ədib məni tənqid edir. Ona görə də mən, nəhayət, öz müdafiəmə qalxmaq istəyirəm. Məni yaxşı tanıyanlar bilir ki, xüsusi bir cəhətim var: mən özümə kənardan baxa bilirəm. Mən hər gün özümə qarşı üzgörənlik, eləcə də güzəşt etməyərək Annanın nəyi yaxşı, nəyi pis etdiyini mühakimə edirəm. Bu yanaşma məndə artıq vərdişə çevrilib: bir kəlmə deməyim kifayətdir ki, mən darhal onun düz və ya səhv olduğunu müəyyən edirəm. Mən çox vaxt özümü tənqid edirəm və atamın sözlərinin həqiqət olduğuna daha çox əmin oluram: "Hər uşaq özü özünü tərbiyə etməlidir". Valideynlər yalnız istiqamət, məsləhət verə bilər, ancaq xarakterin həqiqi formalaşması sənin öz əlindədir. Məndəsə həyat gücü az deyil, mən gənc və azadam, çox seyə tab gətirə bilərəm! Özümdə bunu kəşf edəndə çox sevindim: mən inandım ki, qarşıma çxacaq çətinliklərə mübarizəsiz təslim olmayacagam.
Ancaq bu barədə kifayət qədər danışmışam, indisə bu fəslin üstündə dayanmaq istəyirəm: "Atam və anam məni başa düşmürlər". Valideynlərim həmişə mənim nazımla oynayıblar, mənə qarşı xeyirxah və mehriban olublar, məni müdafiə ediblər, bir sözlə, yaxşı valideynlərin etməli olduğu hər bir şeyi ediblər. Ancaq, buna baxmayaraq, mən uzun müddət özümü tənha, atılmış və başa düşülməyən hiss etmişəm. Atam hey mənim inadcıllığımı ram etməyə çalışırdı, ancaq nəticəsi olmadı. Öz səhvlərim üzərində öyrənərək mən öz-özümü islah edirdim.
Necə oldu ki, atam mənə dəstək ola bilmədi və onun cəhdləri - mənə kömək əlini uzatmaq - iflasa ugradı? Atam düzgün yol seçməmişdi: o, həmişə mənimlə uşaqlıq çətinlikləri aşayan bir qızcığaz kimi danışırdı. Bu, qəribə görünür, çünki məhz atam mənə hamıdan çox diqqət ayırırdı və başqa heç kimin bacarmadığına - məni öz qüvvəmə inanmağa məcbur edə bildi. Ancaq bir şeyi o başa düşmədi: çətinliklərə qalib gəlmək mənimçün çox çətin idi. Man ondan bu səpkili təsəllilər: "yaşın əlamətidir" "başqa qizlarda da", "müvəqqətidir, keçəcək" eşitmək istəmirdim. İstəyirdim mənimlə adi qızlardan biri kimi yox, Anna kimi, şəxsiyyət kimi rəftar etsinlər. Pim bunu başa düşə bilmədi. Bir məsələ də var: mən qarşımda tam açılmayan adama etibar edə bilmərəm, Pim haqqındasa, demək olar ki, heç nə bilmədiyim üçün bizim aramızda əsl yaxınlıq mümkün. deyil. Pim vaxtilə arzu və şübhələrlə yaşayan, indisə müasir gəncliyə mərhəmətlə yanaşan, həyatda görüb-götürmüş ata mövqeyini tutdu. Ancaq o, nə qədər çalışsa da, məni tam başa düşə bilmədi. Bu, mənə öz həyat müşahidələrimi gündəlik va hərdən də Marqodan başqa heç kəslə bölməməyi öyrətdi. Məni həyəcanlandıran şeyləri atamdan gizlədir, heç vaxt öz ideallarmmı onunla bölüşmür və şüurlu şəkildə ondan uzaqlaşırdım.
Başqa cür mümkün deyildi. Mən öz hisslərimdən çıxış edirdim. Ola bilər, bu, eqoistlikdir, ancaq mənimçün belə daha yaxşı və rahat idi. Mənim rahatlq və inamım böyük əziyyətlərlə əldə olunub, hələ öz üzərimdə iş qurtarmadğına görə tənqidlərdən sınmamaq üçün hələ kifayət qədər möhkəm deyiləm. Mənsə bunu heç Pimə də qurban verməzdim. Onu nəinki daxili həyatıma buraxmadım, əsəbiliyim ucbatindan getdik ondan daha çox uzaqlaşdım. Bax bu sual mənə çox əzab verir: nəyə görə Pimə bu qədər acığım tutur? İndi onu, sadəcə, həzm edə bilmirəm, onun nəvazişləri mənə qeyri-səmimi görünür və istəyirəm ki, özümü kifayət qədər inamlı hiss edənədək o, məni rahat buraxsın! Vaxtilə əsəbimdan yazdığım amansız məktubu hələ də özümə bağışlaya bilmirəm. Ah, hər şeydə güclü olmaq necə də çətindir!
Ancaq bu, mənim ən böyük məyusluğum deyil. Mənə atamdan qat-qat artıq Peter barədə fikirlər əzab verir. Gözəl bilirəm ki, o, məni yox, mən onu fəth etmişəm, mən ondan məhəbbət və dostluğa ehtiyacı olan təvazökar, xoşagəlimli və kövrək bir oğlan obrazı yaratmışam. Mən də kiməsə ürəyimi boşaltmaq istəyirdim! Mənə dəstək verən bir dost axtarırdım. Böyük bir iş gördüm və bunun nəticəsində Peter tədricən, ancaq sədaqətlə mənə yaxınlaşdı . Mən ona öz dostluğunu bildirməyə izin verəndən sonra münasibətlərimiz daha məhrəm oldu. Ancaq indi anlamışam ki, buna yol vermək olmazdı. Biz müxtəlif mövzularda söhbətlər edirdik, ancaq mənim ürəyimdə olanlar barədə susurduq. İndiyə qədər də Peteri başa düşə bilmirəm: o, bu qədər dayazdırmı, yoxsa onu saxlayan utancaqlıqdır?
Ancaq istənilən halda mən səhv etmişəm: intimliyə yol verdiyimdən onunla dostluğumuzun inkişaf etməsinin yolunu bağlamışam. O, məhəbbətə susayıb və günü- gündən mənə daha çox bağlanır - bunu çox gözəl görürəm! Hər dəfə mənimlə tək qalanda o , xoşbəxtdir, mənimçünsə bu görüşlər məni narahat edən məsələlərə yenidən və əbəs yerə toxunmaq cəhdidir. Peter heç axıra qədər də dərk etmir ki, onu az qala zorla özümə tərəf çəkmişəm. 0, məndən bərk yapışıb. Mənsə onu özümdən uzaqlaşdıra bilmirəm ki, qoy özü təkbaşına ayaq üstə dayanmağı öyrənsin. Çox tezliklə anladım ki, o, mənimçün əsl dost ola bilməyəcək. İndi çalışıram ki, heç olmasa öz məhdud dünyasından qopub gəncliyini hiss etsin.
"...Ona görə ki, əslində, tənhalq gənclikdə daha kəskin hiss olunur, nəinki qocalıqda". Bu kəlməni mən hansısa kitabdan oxumuşam va onu düzgün sayıram.
Məgər sığınacaqda yaşlılara uşaqlardan daha çətindir? Yox, tamam əksinə.
Yaşlı adamların artıq hər şey barədə öz mülahizələri var və onlar qərar verəndə tərəddüd etmirlər. Biz gənclər üçün isə idealların dağıldığı , insanların öz alçaq xislətlərini büruzə verdiyi, artıq ədalət və Tanrıı varlığma inamm sarsıldığı bir vaxtda öz fikrini müdafiə etmək ikiqat ağırdr.
Və əgər kimsə yenə də sığınacaqda böyüklər üçün daha ağır olduğunu deyirsə, onda onun burada biz gənclərin üstünə nə qədər çətinlik düşdüyündən xəbəri yoxdur. Bu problemləri həll etmək üçün bizim təcrübəmiz olduqca azdır və əgər biz uzunmüddətli axtarışdan sonra, nəhayət onların həllini tapırıqsa da, çox vaxt yoxlananda görürük ki, səhvdir. Bizim zamanın mürəkkəbliyi ondadır ki, ideallar yeni gözəl ümidlər yaranan kimi onlar amansız gerçəklik tərəfindən məhv edilir. Təəccüblüdür ki, buna baxmayaraq, mənim hələ də absurd və icrası mümkünsüz görünən hansısa gözləntilərim var. Ancaq heç nəyə baxmayaraq , mən onlardan əlimi üzmürəm. Çünki əvvəlki kimi hələ də insanları xeyirxahlığına inanıram. Mən öz həyatımı ümidsizlik, dərd və xaos üzərində qura bilmərəm. Mən dünyanmn necə tədricən səhraya çevrildiyini görürəm və ölüm gətirən gurultunun yaxınlaşdığını da eşidirəm, mən milyonlarla insanm əzabını hiss ediram. Yenə da, buna baxmayaraq, səmaya baxanda içim yenidən yaxşını qələbə çalacağı, qəddarlıığın yox olacağı və sülhün bərqərar olacağı inamıyla dolur .
Hələliksə Öz ideallarımdan əI çəkməyəcəyəm: axı onların həyata keçməsini mümkün edən bir zaman gələ bilər!
Anna
Cümə, 21 iyul 1944-cü il
Əzizim Kitti!
İndi mən də ümidlə doluyam: nəhayət ki, bizdə, həqiqətən, yaxşı xəbərlər var! Gözəl xəbərlərdir ! Ən yaxşılarıdır ! Hitlerə sui-qəsd olub - özü də nə yəhudi kommunistləri, nə də ingilis kapitalistləri tərəfindən. Qraf əsilli gənc bir alman generalı tərəfindən. Təəssüflər olsun ki, bir neçə sıyrıtı və yanıqla canını qurtarmış fürerin həyatını flahi ədalət" qurtarıb. Ətrafındakı bir neçə zabit və general həlak olub və yaralanıb. Əsas günahkar güllələnib.
Hadisə bir çox zabit və generalın müharibədən boğaza yığıldığını və Hitleri cəhənnəmə göndərmək, sonrasa hərbi diktatura quraraq müttəfiqlərlə sülh bağlayıb haradasa iyirmi ildən sonra yenidən müharibəyə başlamaq istədiklərinin ən yaxşı sübutudur. Yəqin ki, "İlahi ədalət" bilərəkdən Hitlerin məhvini təxirə salıb, çünki müttəfiqlər üçün belə daha rahat və əlverişlidir: " təmizqanlı " almanlar özləri bir-birini qıracaq, ruslar və ingilislərsə öz şəhərlərini daha tez bərpa edə biləcəklər. Ancaq bunların növbəsi hələ çatmayıb. Mən nikbin nəticələr çıxartmağa tələsirəm. Axı yazdıqlarımın hamısı əsl həqiqətdir. Müstəsna bir hal kimi bu dəfə mən mümkünsüz ideallarla yaşamıram .
Sonra Hitler çox böyük lütfkarlq göstərərək öz sədaqətli və sadiq xalqına elan etdi ki, bu gündən bütün hərbçilər Gestaponun tabeçiliyinə keçir və hər bir əsgər öz komandirinin bu biabırçı və alçaq sui-qəsddə iştirak etdiyini aşkar edərsə, onu öz əliylə güllələyə bilər !
Maraqlı mənzərə alınır! Təsəvvür et: Pit Vays yorulub və sırada ayaqlarını zorla sürüyür, buna görə də komandir onun üstünə çğırır. Cavabındasa Pit öz avtomatını qaldırıb bildirir: "Sən füirerə sui- qəsd etmisən, bax buna görə də cavab verəcəksən! Güllə açılır və Pitin ipini çəkmək istəyən təkəbbürlü komandir əbədi həyata (və ya əbədi ölümə) vasil olur . Nəticədə faktiki olaraq əsgərlərin hakimiyyəti altına düşmüş cənab zabitlər onların qorxusundan şalvarlarına batıracaqlar. Fantaziyalarım sənə aydın oldu, yoxsa mən həddindən artıq uydururam?
Özümlə bacarmıram. Artıq oktyabrdan parta arxasında oturacağımı düşündükcə həddən artıq fərəhlənirəm! Hə, ey, axı sənə söz vermişdim ki, hadisələri qabaqlamayacağam. Xahiş edirəm, hirslənmə, axı nahaqdan məni ziddiyyətlər dağarcığı adlandırmırlar!
Anna
Çərşənbə axşamı, 1 avqust 1944-cü il
Əzizim Kitti!
"Ziddiyyətlər dağarcığı!" Əvvəlki məktub belə qurtarır və bugünkü də belə başlayır. "Ziddiyyətlər dağarcığı" - mənə izah edə bilərsənmi bu, nə olan şeydir? Bu söz bir çox başqaları kimi iki məna daşıyır: xarici və daxili. Birincisi: başqalarının fikriylə razılaşmamaq, öz dediyini demək, son söz ixtiyarını özündə saxlamaq, bir sözlə, mənim hamıya məlum və az xoşagələn bütün cəhətlərimdir. İkinci mənaya gəlincə, bu barədə heç kim heç nə bilmir, bu, mənim sirrimdir.
Sənə əvvəllər də deyirdim ki, elə bil ruhum iki yerə bölünüb. Birinci hissəsi hüdudsuz şadllq, lağlağı, sevincdən, ən başlıcası da - hər şeyə yüngül münasibətdən ibarətdir. Öpüşlər və saf zarafatlardan da xoşum gəlir. Mənim məhz bu tərəfim gözə girir və daha gözəl, təmiz və dərin tərəfimi gizlədir. Həmin o yaxşı tərəfim hamı üçün bağlıdır, bax ona görə yalnız lap az adam mənə rəğbətlə yanaşır. Hamı öyrəşib ki, mən bir neçə saat ərzində təlxək kimi başqalarını əyləndirir, bundan sonrasa onları təngə gətirirəm və məni bir aylığına unudurlar. Bu, elə dramı xatırladır: dərin düşüncəli adamlar melodrama istirahət etmək, bir anlığa fikirlərini dağıtmaq üçün baxırlar ki, sonra da yaddan çıxartsınlar - yəni maraqlıdır, ancaq xüsusi bir şey deyil. Qəribədir ki, mən sənə belə şeyləri danışıram, ancaq niyə də yox, axı bunlar həqiqətdir. Mənim yüngül səthi tərəfim həmişə o biri tərəfi kölgədə qoyur, ona görə də hamı onu görür. Son heç təsəvvür də etmirsən ki, mən Annanın yarısını təşkil edən həmin Annanı sıxışdııb yolumdan çxartmaq üçün nə qədər səy göstərmişəm. Ancaq heç nə çıxmır və mən artıq bilmirəm bunu necə edim.
Qorxuram mənim bu görünən tərəfimi tanıyanlar birdən o birini, daha yaxşını və daha gözəli sezələr. Qorxuram məni lağa qoyarlar, məzəli və sentimental sayarlar və heç cürə ciddiyə almazlar.
Məni ciddi qəbul etməmələrinə artıq öyrəşmişəm. Daha doğrusu, "yüngül" Anna öyrəşib və elə də narahat olmur, ancaq "dərin" Anna bunun üçün olduqca kövrəkdir.
Və nəhayət, mən "yaxşı " Annanı çox çətinliklə gün işığına çıxaranda o, utancaq qərənfil kimi sıxılr va əgər o danışmalı olursa, sözü bir nömrəli Annaya verib özü hiss edilmədən yoxa çıxır .
Başqalarını məclisində bu ciddi Anna hələ bir dəfə də olsun görünməyib, ancaq təklikdə o, demək olar ki, həmişə üstünlüyü ələ alır. Mən necə olmaq istədiyimi dəqiq təsəvvür edirəm, ancaq, əfsus, bunu yalnız özüm bilirəm. Məhz buna görə başqaları mənim xarakterimin gücünə əmindirlər. Mənsə, əslində, xoşbəxtliyi öz daxili aləmimdə görürəm. İçəridən məni "təmiz" Anna yönəldir, zahirdənsə hamı məndə olduqca şən və ipə-sapa yatmayan keçi görür .
Artiq bir neçə dəfə təkrar etdiyim kimi - mən hisslərimi açıq bildirmirəm. Bax ona görə də adım çoxbilmiş, işvəkar, nazlı-qəmzəli və səfeh sevgi romanları həvəskarı kimi çıxıb. Şən Anna gülür, cavab qaytarır, laqeydliklə çiyinlərini çəkir və özünü elə göstərir ki, heç nə onun vecinə deyil. Ancaq ciddi Anna hər şeyi tamam basqa cür və hətta tamam əksinə qəbul edir. Düzünü desəm, başqa cür olmaq üçün böyük səy göstərməyim məni dəhşət məyus edir. Bu, məndən üstün olan düşmənin qüvvəsiylə qeyri-bərabər döyüşü xatırladı.
Və mən fasiləsiz olaraq özümü danlayıram: "Bax görürsən, sən yenə nail oldun: sənin haqqında pis fikirləşirlər, sənə inciklik və iradla baxırlar, sən heç kim üçün əziz deyilsən. Bunun hamısı da ona görədir ki, sən öz ən yaxşı "mən"inin məsləhətinə qulaq asmadın. Ah, mən özüm da ona qulaq asmaq istərdim, di gəl, bir şey alnmır ! Əgər mən sakit və ciddiyəmsə, hamı elə fikirləşir ki, yeni komediya hazrlayıram. Mən də məcburam hər şeyi zarafata salım . Valideynlərimsə mənim qəfil ciddiliyimi xəstələnməyim kimi qəbul edirlər! Onlar mənə zorla başağrısına qarşı və ya sakitləşdirici həblər içirdir, nəbzimi, alnımı yoxlayırlar ki, birdən qizdırmam olar, mədəmdən şikayətimin olub-olmadığını soruşurlar va nəticədə bu qənaətə gəlirlər ki, mən xiffət edirəm. Və mən içimdəkiləri gizlədərək yenidən yelbeyin bir görkəm alıram, bir üsul axtarıram ki, istədiyim və ola bildiyim kimi olum, əgər... dünyada başqa adamlar olmasaydı".
Anna Frank
Sözardı
--------
1944-cü il avqustun 4-də səhər saat on-on birin yarısı arasında "Prinsenqraxt 263"də yerləşən evin qarşısında avtomobil dayandı. Oradan hərbi forma geyinmiş alman zabiti Karl Yozef Zilberbauer və mülki geyimdə "Yaşıl polis"in lisilahl üç hollandiyalı əməkdaşı düşdü. Şübhəsiz, evdə gizlənən adamları kimsə satmışdı. Onların hamısı və onlara himayədarlıq edən Viktor Küqler və Yoxanes Klyayman həbs edildilər. Polislər həmçinin oradan tapılmış bütün pul və dəyərli şeyləri do özləriylə götürdülər.
Həbsdən dərhal sonra Küqler və Klyayman müvəqqəti həbs mərkəzinə, oradansa Amsterdam həbsxanasına, 1944- cü il 11 sentyabrdansa məhkəməsiz Amersfortdakı dustaqlar üçün düşərgəyə göndərildilər.
18 sentyabr 1944-cü ilda səhhəti pisləşdiyinə görə Klyaymanı buraxdılar. O, 1959-cu ildə Amsterdamda vəfat edir.
28 mart 1945-ci ildə Küqler düşərgə Almaniyaya köçürülən zaman qaçır. 1955-ci ildə o, Kanadaya emiqrasiya edir, 1981-ci ildə isə Torontoda vəfat edir. Elizabet (Bep) Beyk-Foskeyl 1983-cü ildə vəfat edir. Mip Qiz indiyə qədər Amsterdamda yaşayır .
Sığınacağın sakinlərini həbsdən sonra Amsterdam həbsxanasına, dörd gündən sonrasa Vesterborkda yəhudilər üçün olan köçürülmə düşərgəsinə yerləşdirirlər.
3 sentyabr 1944-cü ildə şərqə gedən axırıncı qatarla onları Polşadakı Osvensimə deportasiya edirlər.
Edit Frank yanvar 1945-ci ildə Osvensim -Birkenauda qadınlar düşərgəsində aclıqdan ölür.
German Van Pels (Van Daan) Niderland Qırmızı Xaç Təşkilatının məlumatına əsasən, gəldiyi gün - 6 sentyabr 1944-cü ildə qaz kamerasında, Otto Frankın xatirələrinə görəsə, sonralar - 1944-cü ilin oktyabr , ya da noyabr ayında qaz kameraları həmişəlik söndürüldükdən az əvvəl həlak olur .
Avqusta Van Pels avvəlcə Osvensimdən Berqen-Belzenə, oradan Buhenvalda, 9 aprel 1945-ci ildə Terezinştadta köçürülür. Ola bilər, bu , onun faciəvi köçürülmələrinin sonuncu məntəqəsi deyil. Onun ölüm yeri və vaxtı məlum deyil.
Marqo və Anna 1944-cü il oktyabrın axırında Berqen-Belzena deportasiya edilirlər. Düşərgənin dəhşətli antisanitariya şəraiti yatalaq epidemiyasıı yayılmasına və bunun nəticəsində minlərlə dustağın, cümlədən Frank bacılarını da ölməsinə səbəb olur.
Birinci Marqo, bir neçə gündən sonrasa Anna ölür. Onların ölüm tarixi 1945-ci il martın axırı - aprelin əvvəllərinə düşür. Hər iki qızın cəsədi, yəqin ki, Berqen-Belzenin ümumi qəbrində basdırılıb. 12 aprel 1945-ci ildə bu düşərgə ingilislər tərəfindən azad edilir.
Peter Van Pels (Van Daan) 16 yanvar 1945-ciildə Osvensimdon Avstriyanın Mautxauzen düşərgəsinə köçürülür və 5 may 1945-ci ildə düşərgənin azad edilməsindən üç gün qabaq vəfat edir .
Frits Pfeffer (Albert Düssel) 20 dekabr
1944-cü ildə Noyenhammda vəfat edir.
Otto Frank sığınacağın düşərgə dəhşətlərindən sağ çıxmış yeganə sakinidir. Osvensim rus qoşunları tərəfindən azad edildikdən sonra o, Odessaya, sonra isə Marselə köçürülür. 3 iyun 1945-ci ildə o, Amsterdama qayıdır və 1953-cü ilə qədər orada işləyir, bundan sonra İsveçrəyə emiqrasiya edir. O, özü kimi Osvensimi görmüş və orada əriylə oğlunu itirmiş Elfrida Heyringerlə evlənir. Otto Frank vəfat edənədək - 19 avqust 1980-ci ilə qədər - İsveçrənin Bazel şəhərində yaşayır və özünü bütünlüklə qızıın gündəliyinin nəsr etdirilməsinə, onun xatirəsinin saxlanmasına həsr edir.
Gülnar Abbasova
TEREF

