“Ən vacib şeyi əsla unutma!”

3-12-2025, 08:04           
“Ən vacib şeyi əsla unutma!”
Hekayədə danışılan bir rəvayətə görə, bir qadın bir gün qucağında uşağı ilə bir mağaranın qarşısından keçərkən içəridən bir səs eşidir:
“İçəri gir və nə istəsən götür, amma ən vacib olanı unutma! Həmçinin nəzərə al ki, çıxandan sonra qapı bir daha heç vaxt açılmayacaq… Amma bu fürsəti qaçırma, yenə də ən vacib şeyi unutma…”
Qadın mağaraya girir və böyük bir xəzinə ilə qarşılaşır. Yığın-yığın qızıl və zinət əşyalarını görəndə heyrətə düşür və uşağını yerə qoyub böyük bir ehtirasla qiymətli daşları yığmağa başlayır. Bu zaman o sirli səs yenidən eşidilir:
“Yalnız səkkiz dəqiqən var "
Səkkiz dəqiqə tez keçib gedir. Qadın yığdığı qiymətli daşlarla və qızıllarla birlikdə mağaranın çölünə qaçır və qapı öz-özünə bağlanır. Elə bu anda uşağını içəridə unutduğunu anlayır, amma artıq gecdir. Ağlamaq, sızlamaq, dizini döymək, saçını yolmaq heç bir fayda vermir. Qapı bir daha açılmamaq üzrə bağlanmışdır.
Zənginlik uzun çəkmir, amma ümidsizlik həmişə yaşayır.
Eyni şey çox vaxt bir çox insanın başına da gəlir. Bu dünyada təxminən 80 illik ömrümüz var və bir səs sanki daim bizə deyir:
“Ən vacib şeyi əsla unutma!”
Vacib olan açıq-aşkar bəllidir: Əbədi həyatı qazanmaqdır.
İtirməyə və riskə atmağa haqqımız olmayan şeylər: Mənəvi dəyərlər, doğru inanc, doğru dost, doğru mühit, doğru ailə, həqiqi dostlar və bizə verilmiş məhdud ömürdür.
Təəssüf ki, biz ən vacib şeyləri artıq unutmuş kimi görünürük…
Məhəbbət, sevgi, sülh, barış, təvazökarlıq, alçaq könüllülük, mərdlik, ixlas və səmimiyyət.
"İstiqlal"dan
Həqiqət İbrahimova
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]