Siqaretin qiyməti qalxdı

14-03-2016, 00:09           
Siqaretin qiyməti qalxdı
Azərbaycanda siqaretin qiymətlərində artım müşahidə olunmağa başlayıb.

"Report" xəbər verir ki, paytaxt Bakıda fəaliyyət göstərən mağazalarda müxtəlif növ siqaretlərin qiymətlərində 0,10 manat artım qeydə alınıb.

Satıcılar bunu Azərbaycanda pərakəndə satış istisna olunmaqla, tütün məmulatlarının nağd pulla satışına qoyulan qadağa ilə əlaqələndiriblər.

Qeyd edək ki, sözügedən qaydanın tətbiqi son istehlakçıya aid olunmur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]