Əli Laricani: "ABŞ İrana hücum edərsə, onların bazalarını vuracağıq"

17-02-2026, 11:24           
Əli Laricani: "ABŞ İrana hücum edərsə, onların bazalarını vuracağıq"
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, ABŞ İrana qarşı güc tətbiq edərsə, Tehran güclə cavab verəcək və Birləşmiş Ştatların bazalarını hədəf alacaq.

TEREF bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

"Əgər amerikalılar bizə qarşı güc tətbiq etsələr, qarşılığında cavab alacaqlar. İslam Respublikası tam hazırdır, ancaq biz müharibə axtarmırıq və bizə qarşı müharibə tətbiq olunarsa, biz cavab verəcəyik.

Əgər amerikalılar İrana hücum etsələr, biz onların bazalarına zərbə endirəcəyik. Lakin keçmiş təcrübəyə əsaslanaraq, qarşı tərəfin yenidən müharibə axtardığına şübhə edirəm", - deyə o bildirib.

Laricani Tehran və Vaşinqton arasında danışıqların davam etdiyini bildirib, lakin İsraili prosesi pozmağa çalışmaqda günahlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]