Tramp İranla bağlı sərt danışdı: "Razılığa gəlməsələr..."

11-02-2026, 07:34           
Tramp İranla bağlı sərt danışdı: "Razılığa gəlməsələr..."
"Vaşinqton və Tehran islam respublikasının nüvə proqramı ilə bağlı razılığa gələ bilməsələr, ABŞ administrasiyası İrana qarşı sərt tədbirlər görəcək".

Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Axios"a verdiyi müsahibədə bildirib.

"Ya razılaşma əldə edəcəyik, ya da ötən dəfə olduğu kimi sərt tədbirlər görməli olacağıq", - D.Tramp 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələri xatırladıb.

Bundan əlavə, ABŞ prezidenti Vaşinqtonun İran istiqamətində ikinci aviadaşıyıcı qrup göndərməyi düşündüyünü vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]