Pakistan terrorizmə qarşı müharibə vəziyyətindədir - Müdafiə naziri

12-11-2025, 08:25           
Pakistan terrorizmə qarşı müharibə vəziyyətindədir - Müdafiə naziri
Pakistanın müdafiə naziri Xavaca Asif İslamabadda baş verən terror hücumundan sonra ölkənin terrorizmə qarşı müharibə vəziyyətində olduğunu bildirib.

"Report"un məlumatına görə, bu barədə o, sosial media hesabında məlumat verib.

"Bu, bütün Pakistan üçün bir müharibədir, burada ordumuz hər gün qurbanlar verir və insanlara təhlükəsizlik hissi yaşadır", - deyə nazir yazıb.

Nazir vurğulayıb ki, hazırkı vəziyyətdə sərhəddəki vəziyyətin həlli ilə bağlı Kabil ilə uğurlu danışıqlara böyük ümidlər bəsləmək olmaz.

Xatırladaq ki, bu gün günortadan sonra İslamabadda məhkəmə binasının qarşısında törədilən hücum nəticəsində ən azı 12 nəfər həlak olub, 27 nəfər yaralanıb. Taliban hərəkatının nümayəndələri məhkəmə binasında baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]