İspaniya tarixində ilk: Yepiskop pedofiliyada şübhəli bilindi

11-11-2025, 17:08           
İspaniya tarixində ilk: Yepiskop pedofiliyada şübhəli bilindi
Vatikanda Kadis və Seuta yeparxiyasının ispan başçısı Rafael Sornosa tərəfindən yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq şübhəsi ilə bağlı daxili araşdırma başladılıb.

Bu barədə "El País" qəzeti yazır.

İlkin məlumata görə, söhbət 1990-cı illərdə baş vermiş hadisələrdən gedir. O dövrdə Sornosa Xetafedə adi keşiş olub və seminariyaya rəhbərlik edib. Nəşrin məlumatına görə, onun qurbanı cari ilin yayında dikasteriyaya müraciət edib.

Qeyd olunur ki, İspaniya tarixində ilk dəfə olaraq kilsə yetkinlik yaşına çatmayan şəxsə qarşı yepiskopun zorakılıq etməsi şübhəsi ilə araşdırmaya başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]