Tramp BBC-ni məhkəmə ilə hədələdi 11-11-2025, 10:34 ABŞ Prezidenti Donald Tramp BBC-ni məhkəmə ilə hədələyib.Teleqraf xəbər verir ki, bu barədə media qurumunun özü məlumat yayıb .BBC Trampdan məktubu aldığını və ona müəyyən edilmiş qaydada cavab veriləcəyini təsdiqləyib.Bundan əvvəl BBC-nin baş direktoru və xəbər rəhbəri Trampın çıxışının redaktəsi ilə əlaqədar istefa veriblər.Trampın BBC-yə göndərdiyi məktubun mahiyyəti barədə məlumat verilmir. Facebook-da paylaş