Yaponiya hökuməti düyü üçün talon tətbiq etmək qərarına gəlib

9-11-2025, 12:24           
Yaponiya hökuməti düyü üçün talon tətbiq etmək qərarına gəlib
Yaponiya hökuməti iqtisadiyyatın dəstəklənməsinə yönəlmiş tədbirlər çərçivəsində düyü üçün talon tətbiq etmək qərarına gəlib.

Bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilib ki, belə bir təşəbbüslə ölkənin kənd təsərrüfatı naziri Norikazu Suzuki çıxış edib. O qeyd edib ki, təklifini düyü qiymətlərinin artması şərtləndirib. Bu səbəbdən tezliklə talon sistemi yaradılacaq.

"Hökumət "okome biletləri'nin (talonların adı - red.) kompleks iqtisadi tədbirlərə daxil etmək qərarına gəlib. Pərakəndə satış mağazalarında düyünün qiyməti orta hesabla 4 min yendən (təxminən 44.36 manat - red.) çoxdur. Çox pul xərcləyən, uşaq böyüdən nəslin və pensiya ilə dolanan, gəliri aşağı olan yaşlı insanların yükü artır", - deyə məqalədə vurğulanıb.

O da bildirilib ki, bəzi hakimiyyət orqanları artıq kartlar almağa və paylamağa başlayıblar. Lakin layihə yüksək nəqliyyat və inzibati xərclər tələb edə bilər. Qeyd olunub ki, bu xərclər düyünün öz qiymətindən 1.5 dəfə baha başa gələ bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]