Almaniya helikopter və raketlər almaq üçün 3 milyard avrodan çox pul xərcləmək niyyətindədir

9-11-2025, 12:04           
Almaniya helikopter və raketlər almaq üçün 3 milyard avrodan çox pul xərcləmək niyyətindədir
Almaniya parlamenti (Bundestaq) ordu üçün silah alınmasına 3 milyard avrodan çox ayrılmasını təsdiqləmək niyyətindədir.

"Bloomberg" agentliyinin verdiyi məlumata görə, bu böyük satınalma çərçivəsində ABŞ şirkəti "Airbus"dan 20 yüngül döyüş helikopterinin alınması planlaşdırılır.

Helikopterlərin dəyəri təxminən 1 milyard avro təşkil edəcək. Həmçinin Almaniya müdafiə nazirliyi 100 min gecə görüş cihazı almaq istəyir ki, bu cihazlara daha bir milyard avro xərclənəcək. Bundan əlavə, nazirlik zenit raketlərinin də satin alınmasını təsdiqləmək niyyətindədir. Bu raketlərin dəyəri təxminən 1.2 milyard avro təşkil edəcək.

Məlumata görə, bu məsələ ilə bağlı səsvermə noyabrın 12-si qapalı iclasda keçirilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]