İranda milli valyutanın denominasiyası təsdiqləndi

9-11-2025, 09:38           
İranda milli valyutanın denominasiyası təsdiqləndi
İranda milli valyutanın denominasiyası təsdiqlənib.

"Azad İran" "Telegram" kanalı bildirir ki, bununla bağlı Konstitusiyanın İcrasına Nəzarət Şurasının sözçüsü Hadi Tahan Nəzif açıqlama verib.

Nəzif bildirib ki, Şura ölkənin milli valyutasından dörd sıfırın silinməsini təsdiqləyib.

Onun sözlərinə görə, bu dəyişikliklər İran qanunlarına və konstitusiya prinsiplərinə zidd deyil.

Xatırladaq ki, oktyabrın 5-də İran parlamenti milli valyuta olan rialdan dörd sıfırın silinməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]