BU ALİMLƏRDƏN BİZDƏ NİYƏ YOXDUR?
11-11-2025, 16:04

Yapon alimləri ucundakı iynədən istifadə edərək, qan damarlarından keçərək, xərçəng toxumasını və hüceyrələrini məhv edən mikrorobot hazırlayıblar.
Maqnitlərin yaratdığı maqnit sahəsi ilə işləyən düyü ölçülü robot xərçəng toxumasını yandırır.
"Xərçəng hüceyrə qatili" adlandırılan robot TOKİYO Universitetində hazırlanıb. 8 millimetr uzunluğunda və bir millimetr diametrində olan robot qan damarlarından keçərkən, xaricdən nəzarət altındadır.
Mikrorobot mühəndisləri ilə Yaponiya Xərçəng Tədqiqat Mərkəzinin əməkdaşlığı nəticəsində hazırlanan robot həmçinin çətin əməliyyatlarda da istifadə olunur.
Tohuko Universitetinin alimi Kazuşi İşiyama eyni modeldən birdən çox çoxməqsədli robot hazırladıqlarını izah edərək deyib: "Məsələn, daşıyıcı robotumuz var. Bu robot dərman daşıyır. Başqa sözlə, lazımi dərmanı xəstə orqana və ya toxumaya daşıyır və vint kimi fırlandığı üçün, dərmanı asanlıqla hüceyrələrə çatdıra bilir. Bu, dərmanın digər orqanlara yan təsirlərini aradan qaldırır."
Есмира Шукурова
TEREF

